“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
Bizi izləyin

Magazin2

“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi

“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi

Amerikalı aktyor Maykl Forest 97 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Bildirilib ki, o, həyatının son illərində qocalar evində yaşayırdı.

Aktyor “Star Trek” serialında qısa bir rol oynayaraq ekranda qızılı geyimlərdə incəsənət tanrısı Apollon obrazında görünüb. Epizodik xarakter daşımasına baxmayaraq, bu personaj əfsanəyə çevrilib və serial pərəstişkarlarının sevgisi sayəsində Forest, 2013-cü ildə “Ulduz yolu: Davam” adlı fanat layihəsində Apollon rolunu yenidən canlandırıb.

“Star Trek”in süjetinə görə, qüdrətli varlığa qalib gəlmək və onun diqqətini yayındırmaq üçün qadın qəhrəman Apollona qarşı romantik hisslər bəsləmədiyini göstərir.

“Mən səndən bir ilahə düzəldərdim. Ürəyimi sənə açmışdım... Görürsən, başıma nə oyun açdın?” - deyə ilahi varlıq məğlubiyyətə uğramazdan əvvəl bildirir.

Maykl Forest, həmçinin Tom Hensin baş rolda çəkildiyi “Tənha” (“Cast Away”) filmində, “Kinq-Konq sağdır” ekran əsərində və Cennifer Qarnerin yer aldığı “Cəsus qız” serialında rol alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm