Magazin2
Fransa kinosu yox ola bilər - Rejissorlar həyəcan təbili çaldılar
174 fransız kinematoqrafçısı ölkənin 2027-ci il üzrə büdcə layihəsinə qarşı çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə “Le Monde” qəzetində dərc olunan açıq məktubda bildirilib.
Qeyd edilib ki, ölkə rəhbərliyinə ünvanlanan müraciəti məşhur rejissorlar - Jak Odiar, Jüstin Trie, Kler Deni, Mişel Xazanaviçus imzalayıblar.
“Fransız kinosunun maliyyələşdirilməsi iki sütuna söykənir: dövlət və özəl. Maliyyə haqqında yeni qanun layihəsində hər iki tərəfə təsir göstərəcək müddəalar yer alır”, - deyə müraciətin müəllifləri yazırlar.
Onlar “Canal+” telekanalının xidmətlərinə ƏDV-nin iki dəfə artırılması və “France Télévisions” ictimai televiziyasının maliyyələşdirilməsinin 47 milyon avro ixtisar edilməsi səbəbindən fransız kinosunun yox ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rejissorlar izah ediblər ki, bu cür tədbirlər Milli Kino və Animasiya Mərkəzinin vəsaitlərinin mümkün müsadirəsi ilə yanaşı, hər il istehsal olunan filmlərin sayının 80 ədəd azalmasına və 200 milyon avro məbləğində gəlir itkisinə gətirib çıxara bilər.
“Filmlərin sayı, iş yerləri və yaradıcılıq məhsullarının müxtəlifliyi baxımından bu, heç bir iqtisadiyyatın özünə gələ bilməyəcəyi sarsıdıcı bir zərbədir. Biz kollektiv məsuliyyətimizdən yayına bilmərik, lakin bu o deməkdirmi ki, işləyən və Fransanı mədəni, eləcə də iqtisadi fenomenə çevirən bir modeli tələsik ləğv etməliyik?” - deyə kinematoqrafçılar sual ediblər.
Rejissorlar, həmçinin filmlərin striminq platformalarında yayımlanması qaydalarını təsbit edəcək, neyron şəbəkələrinin tətbiqini tənzimləyəcək və sahənin dövlət maliyyələşməsini qoruyacaq kino haqqında ayrıca qanunun qəbul edilməsini tələb ediblər.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı






































