Magazin2
Məşhur müğənniyə ŞOK İTTİHAM: 10 il həbs təhlükəsi - FOTO
Məşhur türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə azı 10 il həbs cəzası tələb olunan ittiham aktı hazırlanıb.
Publika.az xəbər verir ki, istintaq zamanı müğənninin evində narkotik maddələrin xırdalanması üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb. Onun qan və saç nümunələrində isə THC metaboliti və kokain müəyyən edilib.
Yalçıntaş ifadəsində narkotik istifadə etmədiyini, bankadakı maddənin kəklikotu, digər əşyaların isə fərqli məqsədlər üçün olduğunu bildirib.
İttiham aktı məhkəmə tərəfindən qəbul edilsə də, iş aidiyyət məsələsinə görə İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, müğənni ötən ilin iyulunda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb və həbs edilən dörd nəfər arasında olub.(Axşam.az)
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU


































