Magazin2
Qalkinin İsrail mövqeyi Türkiyədə gündəm oldu: Konserti ləğv ediləcək?
Türkiyədə məşhur rusiyalı şoumen Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinin ləğv edilməsi tələb olunur.
Publika.az xəbər verir ki, buna səbəb Kalkinin İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarını dəstəkləməsi ilə bağlıdır.
Yerli fəalların diqqətini Qalkinin 2024-cü il iyunun 8-də sosial şəbəkədə etdiyi paylaşım cəlb edib. Qeyd olunub ki, sənətçi həmin vaxt İsrail hərbçilərinin Nuseyrat bölgəsində keçirdiyi və dörd girovun azad edildiyi əməliyyata müsbət münasibət bildirib. O, həlak olan israilli hərbçi Arnon Zamoranı qəhrəman adlandırıb və İsrailin hərəkətləri ilə fəxr etdiyini deyib.
Qalkin Qəzza zolağında ərzaq çatışmazlığı ilə bağlı məlumatları da şübhə altına alıb, HƏMAS-ın açıqladığı ölüm sayının doğruluğuna şübhə ilə yanaşıb.
Bundan sonra İstanbulda onun konsertinin ləğvi ilə bağlı çağırışlar səsləndirilib. Yerli fəallar bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və İstanbul rəhbərliyinə müraciət ediblər.(Axşam.az)
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU



































