İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
Bizi izləyin

Magazin2

İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO

İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO

Türkiyədə rusiyalı məşhur parodist, komediyaçı, televiziya aparıcısı və müğənni Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinin ləğv edilməsi tələb olunur. Buna səbəb sənətçinin İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarına açıq dəstək verməsi olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Dogruhaber” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, yerli fəalların diqqətini Qalkinin 2024-cü il iyunun 8-də paylaşdığı və İsrail hərbçilərinin Nuseyrat bölgəsində keçirdiyi əməliyyata müsbət qiymət verdiyi paylaşım cəlb edib. Həmin əməliyyat zamanı dörd girov azad edilib.

“Dogruhaber”in məlumatına əsasən, Qalkin əməliyyat zamanı həlak olan İsrail hərbçisi Arnon Zmoranı qəhrəman adlandırıb və İsrailin hərəkətləri ilə fəxr etdiyini bildirib.

Bundan əlavə, nəşr iddia edir ki, komediyaçı Qəzza zolağında ərzaq çatışmazlığı ilə bağlı məlumatları, eləcə də HƏMAS-ın açıqladığı ölənlərin sayı barədə məlumatların doğruluğunu şübhə altına alıb.

Bu açıqlamalardan sonra Türkiyədəki fəallar sənətçinin İstanbulda konsert verməsinə qarşı çıxıblar. Onlar artıq Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və şəhər rəhbərliyinə müraciətlər ünvanlayaraq konsertin ləğvini tələb ediblər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm