Magazin2
“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
Amerikalı aktyor Tom Skeritt 93 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Hollywood "Reporter" jurnalı onun ailəsinə istinadla məlumat yayıb.
“Onun vəfatı bizi dərindən kədərləndirib. Bütün dünya Tomu parlaq aktyorluq karyerasına görə tanıyırdı, biz isə onu yumor hissinə, hər şeyə maraq göstərməsinə, müdrikliyinə və səxavətinə görə sevirdik”, – deyə aktyorun yaxınlarının bəyanatında bildirilir.
Skeritt 1933-cü il avqustun 25-də Detroytda anadan olub. Gələcək aktyor 1951-ci ildə MakKenzi Ali Məktəbini bitirdikdən sonra Ueyn Dövlət Universitetində və Los-Ancelesdəki Kaliforniya Universitetində təhsil alıb. Onun ekran debütü 1962-ci ildə “Hantın müharibəsi” filminin nümayişi ilə baş tutub.
Aktyor “Yadplanetli” filmində “Nostromo” kosmik gəmisinin kapitanı Artur Dallas roluna görə tanınıb. Əvvəlcə Skeritt bu layihədə iştirakdan imtina edib, çünki bütün büdcənin xüsusi effektlərə sərf olunacağını düşünüb. Lakin rejissor vəzifəsini Ridli Skottun icra edəcəyini öyrəndikdən sonra qərarını dəyişib.
Skeritt “Ən yaxşı atıcı” filminin çəkilişlərində də iştirak edib. O, filmdə aviasiya məktəbinin rəhbəri Mayk “Gürzə” Metkalf rolunu ifa edib.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































