Magazin2
Coni nadir xəstəlikdən əziyyət çəkir? - Şok iddia
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 30 yaşlı ifaçı sentyabrda xəstəxanaya yerləşdirildikdən sonra kəskin arıqlayıb və yüksək hərarətdən şikayət edib. Kanalın iddiasına əsasən, genetik testin nəticələri sənətçidə ailəvi Aralıq dənizi qızdırmasının olduğunu üzə çıxarıb. Hazırda onun ev şəraitində müalicə aldığı bildirilir.
Bu xəstəlik təkrarlanan yüksək hərarət, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət olunan irsi iltihabi xəstəlikdir. Tutmalar infeksiya olmadan da baş verə bilər.
Bununla belə, Coninin nümayəndəsi "Mash"a açıqlamasında müğənninin səhhətində heç bir problemin olmadığını bildirib. Beləliklə, xəstəliklə bağlı yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, ailəvi Aralıq dənizi qızdırmasına daha çox Aralıq dənizi hövzəsində və Cənubi Qafqazda rast gəlinir. Xəstəlik irsi xarakter daşıyır və həkim nəzarəti altında müalicə tələb edir.(Axşam.az)
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















