Magazin2
Miras mübahisəsi böyüyür: Kadir İnanırın həyat yoldaşı da danışdı
Türkiyəli mərhum aktyor Kadir İnanırın vəsiyyəti ətrafında yaranan müzakirələr səngimək bilmir.
Publika.az xəbər verir ki, mərhum aktyorun bütün əmlakını həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi barədə yayılan məlumatlardan sonra ailə üzvləri arasında mübahisələr yaranıb. İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnaməyə etiraz edəcəyini açıqlayıb.
İndiyədək müzakirələrə münasibət bildirməyən Jülide Kural isə səssizliyini pozub. O, açıqlamasında aktyorun vəfatından hələ dörd ay keçmədiyini xatırladaraq onun xatirəsinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb:
"Kadiri torpağa tapşırmağımızdan hələ dörd ay belə keçməyib. Onun adına, əməyinə, iradəsinə və şərəfinə hörmət göstərmək yalnız vəfa məsələsi deyil. Bu, insani, əxlaqi və vicdani məsuliyyətdir. İnanıram ki, onun həyatı boyu müdafiə etdiyi dəyərlərə və geridə qoyduğu böyük əməyə hörmət bütün mübahisələrdən üstün tutulmalıdır".
Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.(Axşam.az)
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO













.jpg)











.jpg)














