Miras davasında şok iddia: Kadir İnanırın həyat yoldaşı ilə bağlı nə üzə çıxdı?
Bizi izləyin

Magazin2

Miras davasında şok iddia: Kadir İnanırın həyat yoldaşı ilə bağlı nə üzə çıxdı?

Miras davasında şok iddia: Kadir İnanırın həyat yoldaşı ilə bağlı nə üzə çıxdı?

Türkiyəli mərhum aktyor Kadir İnanırın vəfatından sonra geridə qoyduğu təxminən 1 milyard lirəlik (35 milyon manat) mirasla bağlı qalmaqal davam edir.

Publika.az xəbər verir ki, İnanırın bacısı oğlu Levent İnanır mirasını vəsiyyət etdiyi 27 illik həyat yoldaşı Jülide Kuralla bağlı daha bir iddia səsləndirib.

Levent bildirib ki, Jülide Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə gedib:

"İndi onu axtaranlara yas saxladığını deyirmiş. Əmimin vəfatının ilk həftəsində Bodruma tətilə gedib. Hansı yasdan danışır?".

Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm