Magazin2
Güllünü öldürən qızı ilə bağlı yeni iddialar: Xəstələrə əziyyət verib
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə ömürlük həbs olunan qızı Tuğyan Ülkem Gülterlə bağlı yeni iddialar yaranıb.
Publika.az xəbər verir ki, Tuğyanın tibb bacısı işlədiyi xəstəxanada pasiyentlərlə pis rəftar etdiyi iddia olunub. Onun barəsində araşdırma başladıldığı bildirilib.
Belə ki, onun gecə səs-küy salan pasiyentlərə yatmaları üçün iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək masajı etməyi öyrətdiyi deyilib.
Bundan başqa, reanimasiyada vəfat edən bəzi pasiyentlərin ölüm saatlarının fərqli göstərildiyi, Tuğyanın isə xəstələrə ürək masajı edirmiş kimi davranaraq onlarla lağ etdiyi irəli sürülüb.
Səsləndirilən iddialarla bağlı hələlik rəsmi yekun açıqlama verilməyib. İddiaların doğruluğu araşdırmanın nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Tuğyan Ülkem Gülter oktyabrın 9-da anasını qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun cəzasında yüngülləşdirici hal tətbiq etməyib və həbsdə saxlanılmasına qərar verib.
Tuğyanın vəkili Merve Uçanok isə qərarın əsasən bir şahidin ifadəsinə söykəndiyini bildirərək hökmdən şikayət verəcəklərini açıqlayıb.(Axşam.az)
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)

.jpg)















