40 yaş fərqi, üstəlik atasının dostu: Məşhur müğənninin evliliyi gündəm oldu - FOTO
Bizi izləyin

Magazin2

40 yaş fərqi, üstəlik atasının dostu: Məşhur müğənninin evliliyi gündəm oldu - FOTO

40 yaş fərqi, üstəlik atasının dostu: Məşhur müğənninin evliliyi gündəm oldu - FOTO

Honkonqda 32 yaşlı məşhur opera müğənnisi Yemina Yu Çunyan atasının 73 yaşlı dostu, keçmiş siyasətçi Lo Vay Kvokla ailə qurub.

Publika.az xəbər verir ki, bu barədə “AsiaOne” nəşri məlumat yayıb.

Cütlüyün toy mərasimi oktyabrın 11-də keçirilib. Tədbirdə gəlin və bəyin 300 yaxın dostu və qohumu iştirak edib.

Onların evliliyi təkcə aralarındakı 40 yaş fərqinə görə deyil, həm də tanışlıq tarixçələrinə görə ictimaiyyətin diqqətini çəkib. Məlum olub ki, müğənni gələcək həyat yoldaşı ilə hələ ibtidai məktəbdə oxuyarkən tanış olub.

Cütlük bildirib ki, uzun illər münasibətləri yalnız dostluq xarakteri daşıyıb, romantik münasibətləri isə cəmi bir neçə ay əvvəl başlayıb.

“Bəlkə də qəlbimizin dərinliyində bir-birimizə simpatiyamız olub, amma heç birimiz bunu dərk etməmiş və açıq şəkildə ifadə etməmişik”, - deyə Lo Vay Kvok əlavə edib.

Qeyd edək ki, Yemina Yu Çunyan Honkonq səhnəsinin yüksələn ulduzlarından sayılır. O, ənənəvi kanton operası ifa edir. Müğənni hələ məktəb illərində üç dəfə nüfuzlu müsabiqələrin qalibi olub, daha sonra bu janrın tanınmış ustaları ilə eyni səhnəni bölüşüb.

Bundan əlavə, o, kanton operasını gənclər arasında populyarlaşdırmaq məqsədilə “YouTube” kanalını idarə edir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm