Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
Bizi izləyin

Magazin2

Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO

Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO

Aktyorlar Ancelina Coli və Bred Pittin əkiz övladları Vivyen və Noks Los-Anceles küçələrində paparazzilərin obyektivinə tuş gəliblər.

Publika.az xəbər verir ki, nadir fotoları “Daily Mail” nəşri yayımlayıb.

Məşhurların 18 yaşlı övladları yerli yarmarkada birlikdə vaxt keçiriblər. Vivyen burada özünün rəsm əsərlərini satıb, Noks isə ona dəstək olub.

Qız tünd rəngli, geniş cins şalvarda, topda və düymələri açıq saxlanılmış damalı köynəkdə görüntülənib. Qardaşı isə qrafit rəngli geniş futbolka və şalvar geyinib.

Sentyabr ayında Ancelina Coli və Bred Pittin qızı pirsinq etdirib və paparatsilərin fotolarına düşüb. Məşhurların qızı Los-Ancelesdəki fermer bazarında görülüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm