Magazin2
“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
Məşhur britaniyalı aktyor ser Patrik Stüart 86 yaşında vəfat edib. O, alzheimer xəstəliyi və Levi cisimcikləri ilə demensiyaya qarşı qısa, lakin ağır mübarizədən sonra dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə BBC aktyorun “Instagram” səhifəsində yayımlanan paylaşımına istinadla məlumat yayıb.
Paylaşımda qeyd olunub ki, aktyor çərşənbə günü Los-Ancelesdəki evində, həyat yoldaşı Sanninin qayğısı altında vəfat edib.
“Ulduz yolu” filmində kapitan Jan-Lük Pikard rolunu canlandırmaqla məşhurlaşan Stüart, həmçinin “İks-adamlar” (X-Men), “Qisasçılar” (The Avengers) və “Loqan” (Logan) filmlərində çəkilib.
Aktyor 1940-cı ildə Yorkşirdə anadan olub. O, Brodveydə səhnəyə çıxmazdan əvvəl Kral Şekspir Teatr Truppasında (Royal Shakespeare Company) çalışıb. Onun kino və televiziya karyerası 60 il davam edib.
Ser Patrikin Daniel və Sofi adlı iki övladı var.
“Marvel Studios” Stüartın vəfatı xəbərindən dərin kədər duyduğunu bildirib və onu “bənzərsiz istedada malik insan, səxavətli həmkar və əsl centlmen” kimi səciyyələndirib.
2010-cu ildə kraliça II Elizabet ser Patrikə cəngavər titulu verərkən aktyor aktyorluq sənəti ilə məşğul olmağa onu ilk dəfə həvəsləndirən keçmiş ingilis dili müəlliminə “hər şeyə görə” borclu olduğunu bildirib.
Hüseyn İbadlı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO













.jpg)


















.jpg)
.jpg)