“Pişik qadın” oğlunun qəyyumluğunu itirdi - Məhkəmədən gözlənilməz qərar
Bizi izləyin

Magazin2

“Pişik qadın” oğlunun qəyyumluğunu itirdi - Məhkəmədən gözlənilməz qərar

“Pişik qadın” oğlunun qəyyumluğunu itirdi - Məhkəmədən gözlənilməz qərar

Hollivud aktrisası Holli Berri 13 yaşlı oğlu Maseonun qəyyumluğu ilə bağlı məhkəmədə məğlub olub.

Publika.az xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi aktrisanın keçmiş həyat yoldaşı, aktyor Olivye Martinezi oğlunun əsas qəyyumu təyin edib.

Məlumata görə, Martinezin Berrini uşağa qarşı sərt davranmaqda ittiham etməsindən sonra məhkəməyə müraciət olunub. Yeni qərara əsasən, Holli Berri artıq yalnız gündüz saatlarında görüşə biləcək.

Bununla belə, məhkəmə aktrisaya tətbiq edilmiş müvəqqəti məhdudiyyətləri də ləğv edib. Həmçinin oğlunun sağlamlığı ilə bağlı məsələlərdə valideynlər arasında fikir ayrılığı yaranarsa, son qərarı vermək hüququ Holli Berridə saxlanılıb.

İşə noyabrda yenidən baxılacaq. Holli Berri əvvəlki kimi oğlunun qəyyumluğunun bərabər bölüşdürülməsini istəyir. Növbəti məhkəmə iclasına qədər Maseo atası ilə yaşayacaq.

Xatırladaq ki, Martinez və Berri 2015-ci ildə, iki illik evlilikdən sonra boşanıblar.

Qeyd edək ki, bir çox ekran işində rol alan Helli izləyicilərə daha çox "Pişik qadın" filmindəki obrazı ilə tanışdır.(Axsam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm