Məşhur seriallar reklam gəlirləri azaldığı üçün yayımlanmadı?
Bizi izləyin

Magazin2

Məşhur seriallar reklam gəlirləri azaldığı üçün yayımlanmadı?

Məşhur seriallar reklam gəlirləri azaldığı üçün yayımlanmadı?

Türkiyənin televiziya sektorunda reklam gəlirlərinin azalması ilə bağlı iddialar gündəmə gəlib. Bu həftə beş serialın yeni bölümü yayımdan çıxarılıb və ya təxirə salınıb.

Publika.az xəbər verir ki, jurnalist Birsen Altuntaş yeni bölümlərin yayımlanmamasını reklam gəlirlərinin yetərli olmaması ilə əlaqələndirib.

Belə ki, cümə axşamı “Halef: Köklerin Çağrısı”, “Sevdiğim Sensin” və “Muhtemel Aşk” seriallarının yeni bölümləri yayımlanmayıb. Bu gün “Kızılcık Şerbeti”nin 145-ci bölümünün də efirə getməyəcəyi açıqlanıb. Sabah isə “Başkalarının Hayatı” serialının yeni bölümü əvəzinə təkrar bölümü nümayiş olunacaq.

Birsen Altuntaşın məlumatına görə, bu qərarların arxasında televiziya kanallarının kifayət qədər reklam əldə edə bilməməsi dayanır. Jurnalist sektorun ciddi çətinliklərlə üzləşdiyini bildirib.

Bununla belə, “Kızılcık Şerbeti” serialının prodüser şirkəti "Gold Film" yeni bölümün yayımlanmamasını 29 Oktyabr Respublika Bayramı həftəsi ilə əlaqələndirib. Şirkətin açıqlamasına görə, serialın 145-ci bölümü noyabrın 6-da tamaşaçılara təqdim olunacaq.

“Başkalarının Hayatı” serialının yeni bölümünün isə noyabrın 7-də yayımlanması gözlənilir. Digər serialların da növbəti həftə efirə qayıtması planlaşdırılır.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm