Magazin2
Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
Hollivud aktyoru Maykl Duqlas dostlarının uzun müddətdir xəbər ala bilmədiyi həmkarı Cek Nikolsonun harada olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, "The Independent" 82 yaşlı Duqlasın sözlərindən sitat gətirib.
1975-ci ildə Nikolsonun karyerasında xüsusi yer tutan “Ququ quşunun yuvası üzərindən uçarkən” filminin prodüseri olmuş “Əsas instinkt” filminin ulduzu dostunun aktyorluq karyerasını başa vurduğunu təsdiqləyib.
“O, artıq işləmir. Onun hər şeyi qaydasındadır, amma yoxa çıxıb, bunu bilirəm”, — deyə o bildirib.
Duqlas əlavə edib ki, 89 yaşlı Nikolsonla görüşür və onun vəziyyəti “qaydasındadır”.
“O, evin ətrafında gəzir və ev başmaqları ilə ora-bura dolaşır”, — deyə aktyor dəqiqləşdirib.
Maykl Duqlas dostunun insanlardan uzaq həyat sürməsinə baxmayaraq, Cek Nikolsonla birlikdə filmdə çəkilməyə etiraz etməyəcəyini də bildirib.
“ Oskar” mükafatının üçqat laureatı olan Nikolson 2010-cu ildə ekranlara çıxan “Necə biləsən...” romantik komediyasından bəri heç bir filmdə çəkilməyib.
Bundan əvvəl aktyorun dostları onu uzun müddətdir görmədiklərini etiraf etmişdilər.
May ayında Cek Nikolsonun dostu olan Hollivud aktyoru Uorren Bittinin də insanlardan uzaq, qapalı həyat tərzi sürdüyü bildirilmişdi.
Hüseyn İbadlı
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi







.jpg)



























.jpg)
.jpg)
