Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
Bizi izləyin

Magazin2

Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

İki “Emmi” mükafatının laureatı olan 83 yaşlı amerikalı rejissor Maykl Mann ehtiyatsızlıqdan öz ayağına atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Portalın yazdığına görə, hadisə ötən axşam Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. Qeyd edilib ki, Mann uzun illərdir atıcılıqla məşğul olur. Görünür, o, məşq üçün silahı özü yığmağa çalışarkən atəş açılıb.

Məlumata görə, rejissor yerli xəstəxanaya çatdırılıb, lakin yaranın dərialtı və yüngül olduğu məlum olub. Polis də xəsarət faktını təsdiqləyib. Bildirilib ki, kişi özünə xəsarət yetirmək niyyətində olmayıb və bədbəxt hadisə nəticəsində yaralanıb.

Mann kino və televiziya sahəsində çalışır. O, daha çox kriminal dram və triller janrında çəkdiyi filmlərlə, o cümlədən “İnsan ovçusu”, “Sonuncu mogikan”, “Döyüş” filmləri və “Mayami polisi: Əxlaq şöbəsi” serialı ilə tanınır.

Rejissor “Yeriho mili” və “Narkomüharibələr: Kamarena işi” mini-seriallarına görə “Emmi” mükafatına layiq görülüb. Bundan başqa, Mann iki dəfə “Oskar” mükafatına namizəd göstərilib: “Öz adamı” filminə görə rejissor, “Aviator” filminə görə isə prodüserlərdən biri kimi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm