Britni Spirsin gözlənilməz marağı: İbranicə öyrənməyə başladı - FOTO
Bizi izləyin

Magazin2

Britni Spirsin gözlənilməz marağı: İbranicə öyrənməyə başladı - FOTO

Britni Spirsin gözlənilməz marağı: İbranicə öyrənməyə başladı - FOTO

Amerikalı pop ulduz Britni Spirs bu dəfə gözlənilməz marağı ilə gündəmə gəlib. Müğənni ivrit dilində oxumağı öyrəndiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 44 yaşlı sənətçi noyabrın 1-də sosial şəbəkə hesabında yəhudi dini kitablarının fotosunu paylaşıb. Şəkildə dua kitabı və Zəburun bir nüsxəsi də yer alıb.

Britni Spirs paylaşımında müqəddəs mətnlərin sağdan sola oxunduğunu vurğulayıb. Lakin ivrit dilini öyrənməyə başlamasının əsl səbəbini açıqlamayıb.

Müğənninin bu paylaşımı izləyiciləri arasında geniş müzakirələrə səbəb olub. Bəziləri onun daxili rahatlıq tapmaq və mənəvi axtarışlara yönəlmək istədiyini düşünür. Digərləri isə bunu ulduzun sosial şəbəkələrdə diqqət çəkən növbəti addımı kimi qiymətləndirir.

Qeyd edək ki, Britni Spirsin 2000-ci illərin əvvəllərində də kabala təlimlərinə (yəhudi dini-fəlsəfi ənənəsi və mistisizm (gizli sir) təlimi) maraq göstərdiyi xatırlanıb. Müğənni isə yeni marağı ilə bağlı əlavə açıqlama verməyib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm