Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
Bizi izləyin

Magazin2

Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO

Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO

Bred Pitt və Ancelina Colinin övladlarından daha biri atasının soyadından imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Entertainment Weekly” nəşri müvafiq məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyorların 18 yaşlı qızı Vivyen rəsmi olaraq soyadını “Coli-Pitt”dən “Coli”yə dəyişib. Vivyenin yeni adı noyabrın 2-də Los-Ancelesdəki Kaliforniya Ali Məhkəməsinin hakimi tərəfindən təsdiqlənib.

Sənədlərə əsasən, soyad dəyişikliyinə heç kim etiraz etməyib. Vivyen 18 yaşı tamam olduqdan qısa müddət sonra, iyul ayında şəxsi səbəblərdən soyadının dəyişdirilməsi ilə bağlı ilk müraciətini edib.

Vivyen 2024-cü ildən bəri yalnız anasının soyadı ilə təqdim olunur.

Pitt və Colinin digər qızı Zaxara da bu ilin sentyabr ayının sonunda soyadından “Pitt” hissəsini çıxararaq Zaxara Marli Coli adını götürüb. Aktyorların oğlu Meddoks və qızı Şaylo da eyni qərarı veriblər.

Vivyenin əkiz qardaşı Noksun isə soyadını hələ rəsmi şəkildə dəyişdirmədiyi bildirilir. Məlumata görə, o, “Pitt” soyadını məktəb attestatından çıxarıb.

Hazırda cütlüyün yalnız bir övladlığa götürülmüş oğlu – Paks qoşa soyad daşıyır.

2016-cı ildə Coli şəxsi təyyarənin göyərtəsində baş verdiyi iddia edilən mübahisədən sonra Pitti ona və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Səlahiyyətli orqanlar hadisəni araşdırsa da, aktyora qarşı cinayət ittihamı irəli sürülməyib. Pitt zorakılıqla bağlı ittihamları dəfələrlə rədd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm