Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
Bizi izləyin

Magazin2

Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi

Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi

Müğənni Britni Spirs Castin Timberleykin sənədli serialında çəkilmək təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Timberleyk Spirsin yeni sənədli serialında iştirak etməsini istəyib. Sənətçinin nümayəndələri müğənni ilə əlaqə saxlasalar da, o, təklifdən imtina edib. Məlumatlı mənbənin sözlərinə görə, Britni Spirs “Mənim içimdəki qadın” adlı memuarlarında öz hekayəsini artıq bölüşdüyündən, ağrılı ayrılıq mövzusunu yenidən müzakirə etmək istəmir.

Britni Spirs və Castin Timberleyk 1999-cu ildə, müğənninin karyerasının zirvəsində olduğu vaxt “Mikki Mausun yeni klubu” verilişinin çəkilişləri zamanı tanış olublar. Ulduzlar 2002-ci ilədək münasibətdə olublar. Ayrılıqdan sonra sənətçi keçmiş sevgilisi ilə mübahisəsindən bəhs etdiyi “Cry Me a River” mahnısını yayımlayıb.

Yanvarın 29-da Britni Spirs ötən ilin oktyabrında nəşr etdirdiyi memuarlarında münasibətləri barədə açıq danışdığına görə Castin Timberleykdən açıq şəkildə üzr istəyib. Lakin müğənni keçmiş sevgilisinin bu addımına kəskin reaksiya verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm