Tuba Böyüküstünün çəkildiyi serialda biabırçılıq - FOTO
Bizi izləyin

Magazin2

Tuba Böyüküstünün çəkildiyi serialda biabırçılıq - FOTO

Serial çəkilişləri zamanı Tuba Böyüküstünü gözləyən ərəb turistləri və jurnalistlər cangüdənləri qəzəbləndirib. Nəticədə əraziyə nəzarət edən cangüdənlər jurnalistlərə hücum edib. Cangüdənlər ərəb turistlərə aktrisa ilə şəkil çəkdirmək üçün saatlarla gözləməyin əbəs olduğunu və çıxıb getmələrini desə də, heç bir faydası olmayıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cangüdənlər serialın çəkiliş prosesini çəkməyə çalışan fotoqrafları və jurnalistləri görüb onlara hücum ediblər. Fotoaparatı onlardan alaraq, sındırmağa çalışıblar.

Cangüdənlər ağır ifadələr işlədərək jurnalistlərdən çıxıb getmələrini tələb ediblər. “Serialın çəkiliş prosesini çəkə bilməzsiniz. Bu qadağandır”, – deyiblər.

Böyüküstün isə baş verənlərə səssiz qalaraq heç bir reaksiya verməyib. Əksinə, hadisələrin baş verdiyi vaxt çəkiliş meydançasından çıxıb evinə getmək üçün gözləyən Tuba Böyüküstün soyuqqanlı şəkildə, səssiz-səmirsiz avtomobilə minib.

Mətbuat nümayəndələrinin "Tuba xanım, serial işçiləri bizə hücum edib, zorakılıq tətbiq edib, bir şey etməyəcəksiniz?" sualına aktrisa "Mənim müdaxilə etmək səlahiyyətim yoxdur", - deyərək cavab verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm