Magazin2
Məşhur rus müğənni öldü - FOTOLAR
Rus estradasının məşhur ifaçısı və aktrisa Janna Friske bu gün 40 yaşında vəfat edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Keçən il onun beynində xərçəng şişi aşkar edilib. Müğənninin xilası üçün tamaşaçılar 60 milyon rubl pul toplamışdı.
ABŞ və Almaniya klinikalarında müalicə aldıqdan sonra Friske yaxınları ilə birgə Baltikyanı ölkələrin birində reabilitasiya keçib. Keçən ilin yay aylarında onun səhhətində getdikcə yaxşılaşma qeydə alınıb, görmə qabiliyyəti düzəlib.
Keçən ilin oktyabrında Friske müalicəsini Çində davam etdirməyə başlayıb. Son aylarını Friske əri və balaca oğlu ilə Moskva ətrafında yaşayıb.
Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o, uğurlu solo karyerasına başlayıb.
Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.
Nura
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi