Maraq dünyası
Kişilər başqa qadınlara niyə baxır?
Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.
“Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.
Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənib. Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar.
Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb