Qəribə YENİLİK: İnəklərin qarnında deşik açılır və... - FOTO
Bizi izləyin

Maraq dünyası

Qəribə YENİLİK: İnəklərin qarnında deşik açılır və... - FOTO

Bu, yalan deyil, gerçəkdir.

Böyründə deşiklər olan inəklər barədə xəbər xeyli təəccüblü və hətta qeyri-ciddi gələ bilər. Lakin bu, yalan deyil, gerçəkdir.

Publika.az xəbər verir ki, Rusiyada fermerlərin yeni “dəbi” artıq onlarla inək üzərində tətbiq edilib. Həmin inəklərin böyründə xüsusi rezin deşiklər və onların qabağı var.

İlk baxışda qorxunc görünən bu mənzərə fermerlərin şıltaqlığının nəticəsi deyil, bu, baytarlar üçün yeni terminə çevrilib.

Fermerlərin bu addımı atması isə səbəbsiz deyil. Onların bu yenilik barədə əsaslandırmaları var. Fermerlərin sözlərinə görə, inək sadəcə ot yeyirsə, bu, sadə qidalanma hesab edilir və mini-fabriki xatırladan inək mədəsi normal işləyir. Lakin uzun müddət ot yeyəndən sonra inək yonca, çuğundur, silos yeməyə başlayırsa, problemlər yaranır. Mədəsindəki mikroorqanizmlər qidanın həzmini çatdıra bilmir. Nəticədə inək əzab çəkməyə başlayır. Vaxtında köməklik göstərilməzsə, heyvan təngənəfəslikdən ölə bilər. Bunu nəzərə alan fermerlər də problemi kökündən həll ediblər. İnəklərin böyründə açdıqları deşik vasitəsilə həzmə nəzarət edə və problemlərin qarşısını ala bilirlər. Lazım olanda qapaq açılır və inəyin mədəsindəki qazlar xaric edilir. Bu zaman hətta inəyin mədəsindəki əlavə yemi də çıxarda bilirlər.

Bundan başqa, deşik sayəsində indi inəyin mədəsində bakteriyaların konsentrasiyasına nəzarət edə bilirlər.

Lakin bu yeniliyə yanaşmalar fərqlidir. İnəklərin böyüründəki deşiklər ziyarətçilərin marağına səbəb olub. Heyvan hüquqları müdafiəçiləri isə bunu qəbul etmir. Düzdür, bu deşiklərin inəyə zərəri hələ ki, təsdiqlənməyib. Ancaq onlar bunu heyvan hüquqlarının pozulması kimi dəyərləndirirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm