“Google Maps”-la tualetləri də tapmaq mümkün olacaq
Bizi izləyin

Maraq dünyası

“Google Maps”-la tualetləri də tapmaq mümkün olacaq

Hazırda “Google Maps” xidməti cəmi iki regionu əhatə edir

“Google Maps” xidməti ilə bundan sonra Hindistan xəritələrində tualetləri də tapmaq mümkün olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu, Narendra Modi hökumətinin “Təmiz Hindistan” proqramının reallaşdırılması üzrə addımlarından biridir.

“Təmiz Hindistan” (hind dilində “Swachh Bharat”) proqramı 2014-cü ildə hazırlanıb və dörd elementdən ibarətdir: zibilə nəzarət və ondan istifadə olunması, şəxsi və ictimai tualetlərin tikintisi, sanitar şəraitin yaxşılaşdırılması və əhalinin vərdişlərində dəyişiklik.

Hazırda “Google Maps” xidməti cəmi iki regionu əhatə edir və artıq 4 min tualet xəritədə yer alıb. Xidmət tədricən bütün ölkə ərazisində tətbiq olunacaq. Proqramın reallaşdırılmasına 2014-2019-cu illərdə təxminən doqquz milyard dolların xərclənəcəyi gözlənilir. Onun 30 faizi isə tualetlərin tikintisinə sərf olunacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm