Azərbaycanlı sahibkar yerin altında restoran tikdi - ZİNDANI DA VAR - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanlı sahibkar yerin altında restoran tikdi - ZİNDANI DA VAR - - FOTO/VİDEO

Azərbaycanda qeyri-adiliyi ilə seçilən yeni məkan fəaliyyətə başlayıb.

Azərbaycanda qeyri-adiliyi ilə seçilən yeni məkan fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən “Qala” ailəvi istirahət mərkəzinin əsas özəlliyi buranın qədim tarixi üslubda hazırlanmasıdır. Layihənin və məkanın rəhbəri olan sahibkar Tural Zeynalovun sözlərinə görə, onun bu üslubda məkan yaratmaqda məqsədi Azərbaycanın qədim tarixi abidələrini, mədəni irsini yaşatmaq və xarici turistlərin diqqətini Azərbaycana cəlb etməkdir.



“Bizim bu məkan regionda rəqibi olmayan bir mərkəzdir. Burada hər kəs ailəsi, qonaqları ilə istirahət edə bilər. Biz buranı inşa edərkən qeyri-adiliyi və tarixi sarayları nəzərə aldıq. Onların sxemi əsasında qədimi belə bir məkan yaratdıq. Burada istirahət üçün müxtəlif otaqlar nəzərdə tutulub.Siz şahın gizli otağında, ovçu, dülgər, müdafiə bürcləri, zindanda,şair otağında, rus evində,dəmirçi otağında, şahın ziyafət otağında istirahət edə bilərsiniz. Həmin otaqlara daxil olduqda özünüzü sanki keçmiş zamanda hiss edirsiniz. Məkanın ən qeyri-adi otağı yerin altında yerləşən zindan otağıdır. Ora daxil olanda sanki, keçmiş zamana səyahət edirsən.
Bizim məqsədimiz bu işlərimizi davam etdirmək və ölkəmizin müxtəlif turistik zonalarında bu tip obyektləri yaratmaqdır. Bu həm bizim ölkəmizin tarixinin, keçmişinin tanınmasına, həm də xarici qonaqların diqqətinin cəlb olunmasına yardım edəcək. Bunun üçün maraqlı şəxslərlə əməkdaşlıq üçün hazırıq". (femida.az)
Əlaqə telefonu: 055 444 31 11



















Oxumağa davam et
Reklam
Reklam

Gündəm