Maraq dünyası
Dünyadan təcrid olunmuş ərazi - - FOTO
Bizə elə gəlir ki, doğma dünyamızı – Yer kürəsini yaxşı tanıyırıq. Hər nöqtəsini görməsək də, ən azından fotoşəkillər və videogörüntülərlə planetimiz haqqında məlumatlıyıq. Amma heç də düşündüyümüz kimi deyilmiş. Planetimizin elə guşələri var ki, ora ya insan ayağı dəyməyib, ya da həmin insan qurd ürəyi yeyib.
Publika.az dünyanın əlçatmaz, ayaqdəyməz nöqtələrindən birini diqqədinizə çatdırır.
Hind okeanında yerləşən Kerqelen arxipelaqına ən yaxın insan məskəni 3300 km aralıda yerləşən Madaqaskar adasıdır. Adama elə gələ bilər ki, müasir dünyada təyyarə və helikopterlə hər yerə getmək mümkündür. Amma arxipelaqın səthi dik qayalardan ibarət olduğundan ora hava nəqliyyatı da gedə bilmir. Adaya yalnız gəmi ilə getmək mümkündür. Hazırda orada 100-ə yaxın mütəxəssis çalışır və dözülməz şərtlərdə yaşadıqlarını etiraf edirlər. Güclü küləklər səbəbindən adada ağac bitmir. Sadəcə sıx kollar mövcuddur. Yaxşı yabanı kələm yetişir. Buna görə də adada dovşan, dələ və pişik növləri çoxdur.
Bəs ora necə gedib çatmalı? Ən yaxşı yol Fransadan keçir. Parisdən Reyunyon adalarına 12 saatlıq təyyarə yolu var. Oradan üç aydan bir Kerqelenə gəmi yola düşür və altı günə mənzil başına çatmaq mümkündür. Yəni, yeni ərazi görmək istəyən səyyah arxipelaqa çətin də olsa gedə bilər. Amma hələ ki geoloqlardan başqa Kerqeleni görmək heç kimin könlündən keçmir.
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA