Pasportlar haqqında İNANILMAZ FAKTLAR: İçində maral qaçır, atəşfəşanlıq olur - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Pasportlar haqqında İNANILMAZ FAKTLAR: İçində maral qaçır, atəşfəşanlıq olur - FOTOLAR

Pasportlardan ilk dəfə çayın bir başından digər başına keçmək üçün istifadə olunub.

Səyahətdə ən əhəmiyyətli nüaslardan biri də pasportlardır. Ölkələrə görə fərqli rənglərdə və fərqli formalarda olan pasportların maraqlı tarixçəsi var. İçərisinə vurulan möhürlərin sayına görə dəyər qazanan pasportlar ilk dəfə çayın bir başından digər başına keçmək üçün istifadə olunub.

Publika.az sizə pasportların maraqlı tarixçəsini təqdim edir:

Hər hansı səhayət proqramları üçün məlum olan ilk kitab Nehemyadır. Kitabda yer alan məlumatlara görə, pasportun ilk dəfə persiyalı bir məmur tərəfindən sifariş verildiyi deyilir. Məmur Kral I.Artaserhasa məktub yazır. Fələstin ərazisinin cənub istiqamətləri boyunca çayın digər tərəfinə etibarlı şəkildə keçə bilmək üçün ona xüsusi sənəd verməsini tələb edir.

Sənəd olaraq müasir dövrdəki funksiyaları yerinə yetirən pasportlar isə ilk dəfə İngiltərədə 15-ci əsrdə istifadəyə verilib. İngiltərə kralı 5-ci Henri xalqının ölkə xaricində də tanınması üçün pasportların tərtib olunması haqqında əmr verib.

20-ci əsrin əvvələrinə qədər pasportlarda fotoşəkillərdən istifadə edilməyib. Lakin Birinci Dünya Müharibəsi zamanı alman casusun saxta pasportla İngiltərəyə girməsi vəziyyəti dəyişir. Daha sonra bu və bənzəri təhlükələrin qarşısının alınması üçün xüsusi təhlükəsizlik tədbirləri görülməyə başlayırlar. Bunların içərisində pasportlara fotoşəkillərin vurulması da yer alıb. Bu dalğa qısa müddətdə bütün dünya ölkələrinə yayılıb.

Böyük Britaniyada 1920-ci ildə təhlükəsizlik məqsədi ilə mavi tonlarda verilən pasportlar vətəndaşın öz dəsti-xətti ilə yazılırdı.

Müasir dövrdə səyahət zamanı azyaşlı uşaqların fotoşəkilləri valideynlərinin pasportlarına vurulur. Bu hadisə qədim dövrlərdə ailə fotosu ilə qeydə alınıb. Daha sonra təkminləşərək hazırkı səviyyəyə gəlib.

O vaxt pasportlara vurulan şəkillərin rəsmi olması nəzərə alınmayıb. Hətta 1915-ci ildə Artur Conan Doylen adlı şəxs pasport üçün kolbasa daşıyan maşının yanında çəkdirdiyi şəkildən istifadə edib.

İngilislər 100 il sonra pasport şəkli olaraq mobil telefonlar vasitəsilə çəkilən fotoların istifadəsinə icazə veriləcəyini deyib. Təbii ki, selfilər istisna olmaqla.

Selfie demişkən, 2004-cü ildən pasportlarda gülümsəyərək çəkilən şəkillərin istifadəsi qadağan edilib. Buna səbəb isə gülüşün insanların təbii görünüşü pozmasıdır.

Bu gün dünya ölkələrində müxtəlif pasportlardan istifadə olunur. "Genli və Partners" firmasının ötən ay apardığı araşdırmaya görə, Almaniya dünyanın ən nüfuzlu pasportlarına sahibdir. Almaniya vətəndaşları 218 ölkədən 176-a vizasız səyahət edə bilir.

Araşdırmaya görə, pasport istifadəsində ən pis 4 ölkə siyahısında Pakistan, İraq, Əfqanıstan və Suriya yer alır. Bu ölkələrin vətəndaşları vizasız 30-dan az ölkəyə səyahət edə bilir. Dünyanın ən gücsüz pasportu bu ölkələrə məxsusdur.

Dünyanın nə az, nə çox 16 ölkəsi İsrail vətəndaşlarını qəbul etmir. Suriya, Sudan, İran, İraq, Yəmən, Liviya, Küveyt, Əfqanıstan, Banqladeş, Əlcəzair, Bruney, Livan, Malayziya, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri pasportunda İsrail vətəndaşı kimi qeyd olunan şəxslərin ölkəyə girişlərinə icazə vermir.

Pasportlarla bağlı İsraildə də qadağalar mövcuddur. Fələstin vətəndaşlarının ölkəyə girişini tamamilə məhdudlaşdıran İsrail höküməti eyni zamanda, öz vətəndaşlarının Somali, Əfqanıstan, İran, İraq, Pakistan, Livan, Liviya, Sudan, Suriya və Yəmən torpaqlarına girişinə də icazə vermir.

Dağlıq Qarabağ məsləsində iki ölkə arasındakı gərgin münaqişələr səbəbindən Ermənistan vətəndaşlarının Azərbaycana girişi qadağandır.

Kanada da səyahət zamanı səbəbi və kimliyi nəzərə alınaraq xüsusi təxirəsalınmaz pasportlar verilir. Kanada və ABŞ təcili səyahət etməsi gərəkən vətəndaşlarına müvəqqəti ağ pasport verir. Kanada pasportunun maraqlı cəhətlərindən biri də ultrabənövşəyi şüaların altında içərisində gizli simvolların görünməsidir. Şüalar altında pasport səhifələrində qeyri-adi atəşfəşanlıq görünür. Bənzəri pasportlar həm də Norveç və Skandinaviya ölkələrində mövcuddur.

YUNESKO-nun irsi siyahısına daxil olan Pasxa adasına səyahət edən turistlərin pasportuna möhür əvəzinə məşhur Moai heykəllərinin şəkilləri vurulur. Bənzəri möhürlər Peruda da qeydə alınır.

Lakin dünya ölkələrindən fərqli olaraq, siz Vatikana getdiyinizi heç kimə sübut edə bilməzsiz. Çünki Vatikanda heç bir halda vətəndaşların pasportuna möhür vurulmur.

ABŞ-da prezident və onun birinci dərəcəli qohumları diplomatik imtiyazlara malik xüsusi pasport istifadə edir. Bəzi ölkələrdə isə bütün dövlət başçılarına, ömürlük diplomatik pasport verilir.

Finlandiyada vətəndaşların pasportlarında gizli simvol olaraq cizgi film qəhrəmanları gizlədilib. Pasportu tez-tez vərəqləyəndə səhifənin altındakı maral sanki qaçmağa başlayır.

İlk biometrik pasportlar isə 1998-ci ildə Malayziyada tətbiq edilib.

İspaniya vətəndaşları 172 ölkəyə vizasız və ya qapıda viza tətbiq etməsilə səyahət edə bilir.

Normal Hindistan pasportları 36 səhifədən ibarətdir, ancaq tez-tez səyahət edən vətəndaşlar 60 səhifəlik pasport tələb edə bilər.

Avstraliyalı vətəndaşlar ilk pasaportlarını 1917-ci ildə alıb. Birinci Dünya Müharibəsi zamanı qüvvəyə minən qanun xüsusən xarici ölkələrə səyahət etməli olan hərbiçilər üçün nəzərdə tutulmuşdu. Avstraliya hökümətinin hazırladığı pasportun hər səhifəsində fərqli bir əyalətin gerbi həkk olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm