Maraq dünyası
Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…
Aqressiv, qəddar səhnələrlə dolu yuxular insanın sağalmaz xəstəlik olan Parkinsona tutulmasına 15 il qabaqcadan dəlalət edə bilər.
Publika.az xəbər verir ki, yuxularında belə səhnələrlə sıx rastlaşan və bu səbəbdən doyunca yata bilməyən, tez-tez ayılan insanların 80% nevroloji pozuqluqdan əziyyət çəkir. Bu isə illərlə dama-dama göl olmağa – Parkinsona gətirib çıxarır. Ümumiyyətlə, yuxu pozuqluğu gec-tez əsəb sarsıntıları ilə nəticələnir. Belə insanlar yuxuda çox hərəkət edir, yanında yatan yoldaşını özü də fərqində olmadan itələyirlər. Bəzən özlərinə də xətər yetirirlər. Səhər oyananda qollarında, sinələrində cırmaq izlərinin olduğunu görürlər. Onların səhər oyananda gözləri qıpqırmızı olur, bütün günü isə yuxulu halda gəzirlər.
Adətən normal yatan insanlar müxtəlif yuxular görsələr də, sanki filmə baxan tamaşaçı kimi kənardan izləyirlər. Belə insanlar isə həmin filmin aktyorlarıdır. Yəni baş verən səhnələrə uyğun olaraq hərəkət edirlər.
Mütəxəssislər bildirirlər ki, əgər həyat yoldaşınız və ya ailə üzvünüz yuxuda kəskin hərəkətlər edirsə, deməli qorxunc yuxular görür. Ona görə də onu ehmalca, oyatmadan (çünki bu vaxt qəfil oyanan adamlarda qıcolmalar yarana bilər) böyrü üstə çevirmək lazımdır.
Şəfiqə ŞƏFA
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim