Heyran olduğu müğənniyə bənzəmək üçün cinsini dəyişib kişi oldu - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Heyran olduğu müğənniyə bənzəmək üçün cinsini dəyişib kişi oldu - FOTOLAR

İngiltərənin Northampton şəhərində dünyaya gələn 46 yaşlı Salli Robertson iki uşaq anasıdır. O, uzun illər özünü qadın bədəninə həbs edilmiş kişi kimi hiss edib. Salli ingilis əsilli müğənni Şeyn Avardsa bənzəmək üçün 5 ilini sərf edib.

32 yaşlı müğənniyə inanılmaz dərəcədə heyran olan qadın qəti şəkildə cinsiyyətini dəyişmək istədiyinə qərar verib. Daha da maraqlısı, 46 yaşlı qadın özünü 32 yaşlı müğənniyə bənzədib.

18 və 27 yaşlarında olan qızları Emi və Andreya analarının bu qərarını tamamilə dəstəkləyiblər.

2010-ci ildə hormon inyeksiyasına başlayan qadın son üç il ərzində qol və bud nahiyyəsinə dəri nəqli, döşün amputasiyası və cinsiyyət orqanının dəyişdirilməsi əməliyyatlarını keçirib.

Qadın sevinc hisslərini belə dilə gətirib:

"Səhnədə onu görəndə çox qadın sevgili olmaq istəyir. Mən isə artıq onun kimi görünürəm. Bədənimdə ikinci bir Şeyn Avards olduğunu hiss edirənm".

32 yaşlı müğənni, aktyor Şeyn Avards 46 yaşlı qadın haqqında eşitdikdən sonra ona imzalı şəklini göndərərək bu addımın onu çox sevindirdiyini bildirib.

Qadınlara olan marağını inkar edən Salli iş yerində tanış olduğu bir kişi ilə heteroseksual bir əlaqə yaşadığını da dilə gətirib.

2004-cü ildə o rəsmi olaraq Salli adından imtina edərək Şeyn adını götürüb. Saqqal saxlamağa başlayan qadın özünü tamamilə Şeyn Avardsa bənzədib.

Aylarla müalicə alan Salli nəhayət qadın olaraq daxil olduğu xəstəxanadan kişi olaraq çıxıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm