Adlarını səhv tələffüz etdiyimiz MƏŞHUR BRENDLƏR
Bizi izləyin

Maraq dünyası

Adlarını səhv tələffüz etdiyimiz MƏŞHUR BRENDLƏR

Nə “Barberri”, nə də, “Burberry”, doğru tələffüz şəkili “Börberri” olmalıdır.

Bəzən məşhur brendlərini adlarını tələffüz etməkdə çətinlik çəkirik. Bir sıra xarici ticarət markalarının adını isə, hər kəs səhv bilir. Lakin, öyrənmək heç vaxt gec deyil.

Publika.az bugünədək hamının yanlış tələffüz etdiyi 20 brendin düzgün deyiliş tərzini təqdim edir:

“Lamborghini”

Bu italiya markasının doğru tələffüzu “Lamborgini” olmalıdır. Onu “Lamborcini” kimi səsləndirmək düzgün deyil.

“Hermès”

Tələffüzündə ən çox səhvə yol verilən brendlərdən biri də, budur. Çoxları onu ya “Hermes”, ya da “Germes” deyə səsləndirir. Əslində isə, düzgün tələffüz şəkili “Ermes”dir. Çünki bu məşhur marka qədim yunan tanrısı Hermesin şərəfinə deyil, brendin yaradıcısı Tyeri Ermesin şərəfinə belə adlandırılıb. Ən düzgün tələffüz qaydası ilə “Eğmes” olmalıdır, çünki fransız dilində “r” hərfi “ğ” kimi tələffüz olunur.

“Balmain”

Вu brendin adını çox vaxt “Balmeyn” kimi tələffüz edirik. Əslində isə, fransız dizayneri Pyer Balmanın adı ilə bağlı olduğu üçün “Balman” kimi tələffüz olunmalıdır. Fransızlar özləri isə bu doğma markanı “BalmOn” kimi səsləndirirlər.

“Christian Louboutin”

Tələffüz baxımından ən mübahisəli brendlərdən biri də budur – “Christian Louboutin”. Bir çoxları onu “Labuten”, digərləri “Lobutan”, bəziləri isə “Labutin” kimi səsləndrilər. Düzgün tələffüz şəkili isə “Kristian Lubutan”dır. Əsl fransız aksentilə səsləndirmək istəsəniz, “Kğistian Lubutən” deyə bilərsiniz.

“Burberry”

Nə “Barberri”, nə də, “Burberry”, doğru tələffüz şəkili “Börberri” olmalıdır.

“Chloé”

Вu brendin düzgün səsləniş şəkili “Xloya” deyil. Əslində, “Kloe” olmalıdır.

“Agent Provocateur”

Bu brend ingilis mənşəli olsa da, yaradıcıları onu fransız aksenti ilə səsləndirməyi tövsiyə edirlər, yəni “Ajan Pğovakatöğ”.

“Louis Vuitton”

Tərəddüdlü və müahisəli daha bir brend. Bu marka fransız mənşəlidir. Fransızlar isə, adların sonunda “s” hərfi yazılanda, onu səsləndirmirlər. Odur ki, “Lüi Vyütton” düzgün tələffüz şəkilidir.

“UGGS”

Bu firma uzunboğaz çəkmələr istehsal edir. Onun düzgün tələffüzü “Aqqs” olmalıdır. Bugünədək işlətdiyimiz uggi sözü isə brendin yalnış tələffüzündən yaranan addır. Odur ki, bu çəkmələrə uggi demək səhvdir.

“Levi’s”

Nə “Levays”, nə də “Levis”, sadəcə “Levi”

“Nike”

Bu brend antik yunanların qələbə ilahəsinin şərəfinə belə adlandırılıb. Yunan dilində “Nayki” kimi tələffüz olunur. Odur ki, “Nayk” demək yanlışdır.

“Porsche”

“Porş” deyil, “Porşe” deyə səsləndirməliyik.

“Xiaomi”

Adətən, “Ksyaomi” və ya “Sayomi” deyə səsləndiririk. Əslində isə, “Şaomi” olmalıdır.

“Huawei”

“Huavey” deməyək, “Uauey” deyək.

“Mitsubishi”

Çox vaxt “Mitsubişi” kimi səsləndiririk. Əslində isə, yapon dilində “ş” səsi yoxdur. Yaponlar hətta, suşini susi kimi səsləndirirlər. Odur ki, düzgün tələffüz şəkili “Mitsubisi” olmalıdır.

“Ritter sport”

Məşhur alman şokolad firması “Ritter şport” olaraq səsləndirilməlidir.

“Hyundai”

Нələ də “Hunday” deyirik. Doğru tələffüz isə “Hönde”dir.

“Evian”

Məşhur fransız markası “Evian” kimi deyil, “Evyon” kimi tələffüz edilməlidir.

“Desigual”

“Diziqual” kimi səsləndiririk. Düzgün tələffüz qaydası “Desiual”dır.

“Moët & Chandon”

Kimsə yanınızda bu brendi “Moe i Şendon” kimi tələffüz edirsə, yanlışını düzəldə bilərsiniz. Çünki doğru səsləndirmə şəkli “Moet e Şadon”dur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm