Bu ölkədə “fosfor adam”ları kəsib cinsiyyət orqanlarını yeyirlər ki... –DƏHŞƏTDİR (FOTO)
Bizi izləyin

Maraq dünyası

Bu ölkədə “fosfor adam”ları kəsib cinsiyyət orqanlarını yeyirlər ki... –DƏHŞƏTDİR (FOTO)

Albinizm bədəndə melanin adlı maddənin çatışmazlığı ilə müşayiət olunan irsi xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən insanlar “albinos” adlandırırlır. Albinosların dərisində piqmentlər inkişaf etmədiyi üçün onların rəngi ağ olur, saçları və gözlərində isə həmin hissələrin normal rəngini verən boya maddəsi irsən olmur.

Çox vaxt albinosları “fosfor adamlar” adlandırırlar. Lakin dünyanın müxtəlif nöqtələrində onlara qarşı münasibət də fərlidir. Məsələn, azğınlaşmış tanzaniya xalqı onları amansızca qətlə yetirib, bədən üzvlərindən dərman hazırlayırlar.

Publika.az Tanzaniya albinoslarının acı taleyindən bəhs olunan yazını təqdim edir:

Tanzaniyada “fosfor adamları” öldürüb, bədən üzvlərini dərman kimi satırlar. Hər öldürülən albinosa görə tanzaniyalılar 100 dollar qazanırlar. Nəzərə alsaq ki, burada illik əmək haqqı 800 dollardır, onları fikirlərindən döndərmək mümkünsüz olar.

Bu ölkədə yaşayan insanlar albinosların ətininin şəfalı olduğuna inanırlar. Yerli əhalı düşünür ki, onların əti min bir dərdin dərmanıdır. Odur ki, bu ölkədə albinos doğulmaq böyük faciədir. Yerli əhali albinoslara tələ qurub, onları öldürməyənədək əl çəkmirlər. Ən dəhşətlisi isə odur ki, “fosfor adamların” qətliamını törədən onların yaxın qohumları olur.

2006-2013-cü illər ərzində bu ölkədə 70 albinos qətl edilib.

Albinosları qətl etdikdən sonra onların dilini, cinsiyyət orqanlarını, əl və ayaqlarını kəsib, hər birini 100 dollara satırlar.

Fosfor adamların orqanlarını ən çox alanlar cadugərlər və ara həkimləri olur. Tanzaniyada belə bir inanc var ki, kişi albinosların cinsiyyət orqanını qaynadıb yeyən insan heç vaxt QİÇS xəstəliyinə düçar olmur. Uşaq albinosların əti daha dəyərlidir. Çünki onlar günahsız və safdırlar.

2009-cu ilədək albinos qatillərini cəzalandırmırdılar. Avropa bu vəhşiliyə müdaxilə etdikdən sonra Tanzaniya hökuməti təşvişə düşdü. Bundan sonra 14 yaşlı albinosu ölürüb, parçalara bölən 3 kişini dar ağacından asdılar.

Lakin ölüm hökmü də azğınlaşmış xalqı sakitləşdirmədi. Onlar öz qurbanlarını tutub, ətaflarını kəsib, üç min dollara satmağa başladılar. Çünki buna görə onlara cəmi 5-8 il həbs cəzası düşür.

“Fosfor adam”ların bədəni Afrika iqliminə tab gətirə bilmir. Onlar 18 yaşları tamam olmamış görmə qabiliyyətlərini itirir, 30 yaşa çatanda isə, dəri xərçəngi xəstəliyinə tutulurlar.

Qərb cəmiyyəti tanzaniyalı albinoslara yardım göstərir, onları dərman və sığınacaqlarla təmin edirlər. Lakin təəssüf ki, bu problem hələ də kökündən həll olunmur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm