Yatdıqları yerdə qadınların qarşılaşdığı QORXUNC MƏNZƏRƏ
Bizi izləyin

Maraq dünyası

Yatdıqları yerdə qadınların qarşılaşdığı QORXUNC MƏNZƏRƏ

Qadınların yatdıqları yerdə saçları kəsilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.

Belə ki, azı 55 qadın yatdığı, ya da huşunu itirdiyi zaman saçının kəsildiyini iddia edərək polisə müraciət edib.

Sakinlər saçlarını kəsənlərin cadugər və ya gözəgörünməz varlıqlar olduğunu iddia edir. Polis isə onları bu fikirlərindən daşınmağa çağırıb.

Qurbanların çoxu səhər oyananda kəsilmiş saçlarını yanlarında görürlər. Qadınlardan biri saçının kişi cildinə bürünmüş qara pişik tərəfindən parçalandığını iddia etsə də, digərləri saçlarının qoca bir qadın tərəfindən kəsildiyini bildirir. Bəziləri bu işin arxasında “cadugər həkimlərin” olduğunu deyir.

Qurbanların heç biri fiziki hücuma məruz qalmayıb və evlərindən də oğurluq olmadığını deyir. Bu xəbərlə bağlı ilk dəfə iki ay əvvəl şikayətlər başlasa da, hadisəni kimin törətməsi barədə fakt əldə edilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm