Ölünün külünü banana qatıb yeyirlər, kameranı silah sanırlar: MÜASİR QƏBİLƏ DƏHŞƏTLƏRİ - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Ölünün külünü banana qatıb yeyirlər, kameranı silah sanırlar: MÜASİR QƏBİLƏ DƏHŞƏTLƏRİ - - FOTOLAR

Dünya qəribəliklərlə doludur. Hər xalqın, qəbilənin özünəməxsus adət-ənənələri digərinə qəribə gələ bilər. İnkişaf etmiş ölkələrdən, informasiyadan, modern dünyadan xeyli uzaq olan tayfa və qəbilələrin adət-ənənələri isə tamamilə fərqli ola bilər. Lakin bəzən elə bir fərqlilik meydana çıxır ki, bu hər kəsə çox iyrənc və əcaib gəlir. Yer kürəsinin ağciyəri sayılan Amazon meşəliklərləri dünyanın ən zəngin canlı aləminə malik olan ərazisidir. Burada meşələr o qədər sıxdır ki, günəş işıqlarının sadəcə 2%-i yerə düşə bilir.

Venesuela və Braziliya sərhədi boyunca 14 min əhalisi olan bu yerlərdə sakinlər ölkə rəhbərliyindən, yaşayış tərzindən, vergilərdən və yardım xidmətlərindən xəbərsiz yaşayırlar.

Yanomami qəbiləsinin sakinləri qida tapmaqda belə çətinlik çəkir. Onlar ənənəvi olaraq xüsusi ayinlər keçirirlər. Mənbələrə görə, qəbilə sakinləri ölüləri yandırıb, külünü bananla qarışdırıb yeyirlər. Qəbilə üzvləri ölümün təbii bir hadisə olmadığına inanırlar. Ölüləri yemələri də bununla bağlıdır. Bu üsulla ölülərin həyata onların bədənində davam etdiyinə inanırlar.

Bu insanları bəzən ovlayıb öldürürlər. "Reuters" informasiya agentliyinin əməkdaşları bu qəbilənin fotolarını yayıblar. Onlara yaxınlaşmaq olmur. Özlərini müdafiə məqsədilə insanları öldürürlər. Bu səbəbdən vertolyot üzərindən müşahidə edilən qəbilə üzvləri kameralara belə düşüb.

Fotoqraf qeyd edir ki, kameranın nə olduğunu belə bilməyən bu canlılar jurnalistləri görən kimi, əllərindəki kameraları silah zənn edib, dərhal özlərini qorumaq üçün nizə atırlar.

Amerika qitəsinin kəşfindən 500 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də müəmmalı qəbilə, tayfa, yerli xalqlar xarici aləmlə əlaqə qurmadan günlərini keçirə bilirlər. Sanki başqa planetdə yaşayırlar.

20-ci əsrin sonlarından etibarən Yanomami sakinləri qaçaq mədən axtaran İspan mənşəli qızıl ovçuları tərəfindən öldürülürlər. Bu qəbilələr yox olma, tükənmə anlayışını dərk etmədən, ölən bir insanın yerinə yeni birinin gəlməsi üçün cinsi əlaqəyə girirlər. Yanonamilırdə evlilik, ailə anlayışı bundan ibarətdir. Qruplaşma halında yaşayan ailələrdə ən çox 3 fərqli ailənin üzvləri yer ala bilir.

Buna baxmayaraq, dövlət sistemindən xəbərsiz ərazidə yaşayan bu canlıları qaçaq mədən axtaran insanlardan qorumaq məqsədilə Venesuela hökuməti ara-sıra silahlı qüvvələrini bu ərazilərə göndərir. Bu əməliyyatın məqsədi qəbilə sakinlərinin öldürülməsinin qarşısını almaqdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm