• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Geri qalmayın: Putinin yarıçılpaq görüntüləri sosial mediada yeni trend yaratdı - FOTOLAR

Geri qalmayın: Putinin yarıçılpaq görüntüləri sosial mediada yeni trend yaratdı - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin çılpaq formada çəkdirdiyi fotolar sosial mediada yeni trendin başlanğıcını qoyub.

Publika.az xəbər verir ki, “Teleqram” proqramının baş idarəçisi Pavel Durov instaqram hesabından paylaşdığı mesajda istifadəçilərin #PutinShirtlessChallenge (#ÇılpaqPutinəMeydanOxuyuruq) haştağı ilə foto paylaşmasını istəyib.

Prezidentin daha əvvəllər də çılpaq fotoları yayımlanmışdı. Lakin o, sosial medianın diqqətini bu qədər öz üzərinə çəkməyi bacarmamışdı.

Pavel Durovun çılpaq fotosu isə bir gündə 47 000 bəyənmə toplayıb.

Haştağ siyasətçi Dmitri Qudkov da daxil olmaqla, xüsusilə, Tvitterdə böyük dəstək görüb.

Rusiyadan dünyanın müxtəlif bölgələrinə səyahət edən çox sayda kişi instaqramda başlayan axına dəstək verib. Anastasiya adlı istifadəçi qadınların da bu kampaniyadan geri qalmamasını rica edib və öz fotosunu paylaşıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR