Öpüş KEÇMİŞDƏN BU GÜNƏ - Kalorini yandırır, stresi azaldır... - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Öpüş KEÇMİŞDƏN BU GÜNƏ - Kalorini yandırır, stresi azaldır... - - FOTOLAR

Alimlər bu qənaətdədirlər ki, insan öpüşərək onun əmək qabiliyyəti xeyli yaxşılaşır. Hətta Britaniya alimləri bunu elmi cəhətdən sübut da ediblər. Belə ki, öpüşmək yaxşı əhval-ruhiyyə hormonu olan oksitosinin qandakı miqdarını artırır, kalorini yandırır, stresi azaldır və s. Əslində ictimaiyyətdə gənclərin hislərini aşkar şəkildə yaşamasına (öpüşməsinə) pis baxılır. İki gəncin ictimai yerlərdə qucaqlaşması, əl-ələ tutması, yanağından öpməsi faciə hesab olunur. Lakin öpüşməyin keçmiş mədəniyyətlərdən, cəmiyyətlərdən müasir dövrümüzə qədər gəlib çıxmış hekayəsi ilə tanış olsaz, burada faciəli heç nə olmadığı aydın olacaq.

Publika.az oxucularına öpüşün tozlu tarixindən bu günə kimi olan inkişaf prosesini təqdim edir:

1. "Öpüşmək" feli ilk olaraq ana-övlad münasibətində yaranıb.

Öpüş mədəniyyəti digər gülmək, əsəbiləşmək, təəccüb reaksiyaları kimi təbii hərəkət deyil. Yəni insanların zamanla inkişaf edib dəyişdirdiyi qəbildən olan davranış deyil. Məsələn əvvəllər, eləcə də keçmişdə cəmiyyətlərdə bildiyimiz öpüş mədəniyyəti heç vaxt olmayıb. Hər cəmiyyətdə bu davranış bir cür qarşılanıb. Bəzilərinə görə öpüş sadəcə dodağın dodağa dəymə prosesidir, bəzilərinə görə sevgi, digər bir qrup isə ananın öz övladına yeməyi çeynəyərək verməsini öpüş adlandırıb.

2. Heyvanlar da öpüşür

Bu, yalnız insanlara xas hərəkət deyil. Təbiətdə bir çox meymun növləri (şimpanzelər), pişiklər, itlər, ilbizlər, həşəratlar, hətta zürafələr belə öpüşür. İnsanlar kimi olmasa da, heyvanlar öpüşmək üçün yanaqlardan və boğazdan istifadə edirlər.

3. Hind mədəniyyətində öpüşmək

Ümumiyyətlə Hind mədəniyyətində öpüş, sevgi, ehtiras dedikdə ağıla gələn ilk şey Kama Sutra kitabı olur. Qədim mənbələrdə erotizm və öpüşmə mətnlərinin də yer aldığı, kitabda öpüşmənin izahını verəcək bir çox fəsillər var. Yunanların həqiqi öpüşməni öyrənməsi isə e.ə. 326-cı ildə Böyük İsgəndərin Hindistanı ələ keçirməsindən sonra başlayıb.

4. Öpüşün mənbəyi Hindistan, paytaxtı Roma sayılır

Qədimdə Romalılar hazırki öpüşmə anlayışı ilə öz ailə üzvlərini, iş yoldaşlarını, dostlarını və sevgililərini öpürdülər. Bütün bu öpüşmə formaları isə fərqli mənalar ifadə etsə də, tətbiq eyni idi.

5. Gec yaranan, tez məhv olan romantik öpüşün son dövrü

Xristianlığın yayılması ilə Roma mədəniyyəti yavaş-yavaş sıradan çıxdı. Romantika və sevgi ilə öpüşən xalqlardan əsər-əlamət qalmadı. 1000 il davam edən prosesdə heç kim şəxsi həyatında öpüşə yer verməyib. 11-ci əsrin sonundan başlayan saray və krallıq dövründə isə Romeo və Culyetta öpüşü yenidən dəbə mindirib. Bundan sonra xalqlar yenidən öpüşün bu formasına maraq göstərməyə başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm