“Qoruyucu” təkcə cinsi əlaqə üçün deyil - Qeyri-adi istifadə üsulları
Bizi izləyin

Maraq dünyası

“Qoruyucu” təkcə cinsi əlaqə üçün deyil - Qeyri-adi istifadə üsulları

“Prezervativ” dedikdə ilk olaraq ağıla cinsi əlaqə zamanı qorunma məqsədilə istifadə olunan vasitə gəlir. Lakin məsələyə bu qədər kiçik çərçivədən baxmaq lazım deyil. “Qoruyucu”nun başqa istifadə üsulları da mövcuddur. Aşağıda sizi onlardan bir neçəsi ilə tanış edirik:

Publika.az “qoruyucu”nun qeyri-adi istifadə üsulları haqqında maraqlı faktları təqdim edir:

1. Su keçirməz xüsusiyyətinə görə amerikalılar bəzən qoruyucuları su daşımaq üçün konteyner kimi də istifadə edirlər. Əsasən, göl kənarında istirahət zamanı su daşımaq üçün son variant olaraq qeyri-adi olsa da, əlverişli hesab edilir.

2. İçərisi su ilə doldurulmuş qoruyucuları linza kimi də istifadə etmək olur. Beləliklə, günəş şüalarını nazik ağac çubuqlarına ötürərək kibrit effekti yaradır və onların yandırır.

3. Rütubətə davamlı materialdan hazırlandığı üçün meşəyə səyahət zamanı və s. məqamlarda önəmli sənədləri qoruyucuların içərisinə qoyaraq ondan sənəd qabı kimi də istifadə edirlər.

4. Suyun içərisi ilə hərəkət edərkən və ya bataqlıq, palçıq ərazilərdə silahın lüləsinə su keçməməsi üçün çexol kimi istifadə edilir.

5. Mağara və mədən kimi ərazilərdə hava ilə doldurulmuş qoruyucunu fənərin başlığına keçirərək daha çox işıq salmaq olur.

6. Sualtı çəkilişlər zamanı fotoaparatın germetik futlyarı kimi istifadə olunur.

7. Qış vaxtı həyət kilidlərinin üzərinə çexol əvəzi keçirərək donmaqdan qorumaq olur.

8. Qapalı yerdə siqaret çəkmək istəyirsiniz və yanğına qarşı siqnalizasiya tənzimləyiciləri varsa, onların üzərinə qoruyucu keçirərək tüstünün keçməsinin qarşısını almaq olur.

9. Qeyri-qanuni yollarla ölkədən naməlum maddələr daşımaq üçün qaçaqmalçılar istifadə edirlər.

10. Uşaq vaxtı maşın təkərindən düzəltdiyimiz “quşatan”ları prezervativ vasitəsilə də düzəltmək olur.

11. Elastikliyi vasitəsilə qan axmanın qarşısını almaq olur.

12. Balıq tutmaq üçün tələ kimi istifadə edilir.

13. Bio-tualet kimi istifadə edilə bilir. Çində tıxac zamanı sürücü təbii ehtiyacını bu yolla ödəyir.

14. Çində qoruyucudan saç rezini kimi də istifadə edilir.

15. Şən və rəngli hava şarları kimi istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm