Məktəbli dərsə marixuanalı tort gətirdi - HƏR KƏS YEDİ
Bizi izləyin

Maraq dünyası

Məktəbli dərsə marixuanalı tort gətirdi - HƏR KƏS YEDİ

Fransa məktəblərindən birində 15 yaşlı şagird şokaladlı tortun içərisinə marixuana ataraq müəllimini və sinif yoldaşlarını dəhşətli hala salıb.

Publika.az xəbər verir ki, hadisə paytaxt Parisdə baş verib. Mennesi şəhər orta məktəbində sinif rəhbəri yeni il illə əlaqədar sonuncu dərsda uşaqlara əyləncəli proqram hazırlayıb. Uşaqların hər biri evdə özləri bişirdikləri piroqları, yeməkləri gətirib bayram süfrəsi açmalı idilər.

Lakin şagirdlərdən biri heç kimə xəbər etmədən belə bir iş tutub. Şokaladlı tortdan yeyən müəllim və şagirdlər qeyri-ixtiyari gülməyə, qeyri-adi hərəkətlər etməyə başlayıblar.

Özünü sərxoş kimi aparan uşaqlardan bir neçəsi paltarlarlarını soyunublar.

Hadisə ilə bağlı uşaqların valideynləri məktəb rəhbərliyinə şikayət ərizəsi yazıb. Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm