NASA: "Ay səthinə ilk kommersiya tipli özüyeriyən kosmik aparat göndəriləcək"
Bizi izləyin

Maraq dünyası

NASA: "Ay səthinə ilk kommersiya tipli özüyeriyən kosmik aparat göndəriləcək"

"NASA-nın yaxın gələcək üçün əsas məqsədləri Yerətrafı orbitdə işlərin davam etdirilməsi, Aya, Marsa və Günəş sisteminin uzaq planetlərinə uçuşların planlaşdırılmasından ibarətdir".

Publika.az xəbər verir ki, bu barədə mətbuata NASA-nın direktoru Robert Laytfut məlumat verib. ABŞ Kosmik Şurasının iclasında çıxış edən direktor qeyd edib ki, Ayın tədqiqi proqramının həyata keçirilməsi zamanı ABŞ qarşısına Ay ətrafında və onun səthində uzunmüddətli qalmanın təmin edilməsini məqsəd qoyur:

“Bizim hesablamalarımıza görə, Aya ilk uçuşumuz 2020-ci ildə gerçəkləşdiriləcək. Biz Ay səthinə və əks istiqamətdə uçuşlar həyata keçirmək məqsədilə Ay orbital platformasını yaratmaq niyyətindəyik. Bundan sonra biz Marsın tədqiqinə də başlaya biləcəyik".

R.Laytfut vurğulayıb ki, NASA-nın 2020-ci ildə Ay səthində ilk kommersiya kosmik özüyeriyən aparatını göndərməsi eyni zamanda, ABŞ-ın Yer peykində milli strateji iştirakını təmin edəcək:

"ABŞ Mars və digər Günəş sistemi planetlərinin tədqiqi sahəsində lider mövqeyini qorumaqda maraqlıdır. 2020-ci ildə Marsa özüyeriyən aparatın göndəriməsi isə Mars səthindən torpaq nümunəsinin mümkün çatdırılmasının yoxlanışında ilk addım olacaq. Bu proqramın gerçəkləşdirilməsi özündən sonrakı gələcək tədqiqatlar üçün geniş imkanlar yaradacaq".

Çıxışının sonunda Yerətrafı məkandan istifadə perspektivlərinə toxunan R.Laytfut deyib ki, özəl sektor 2025-ci ilədək NASA-nın dəstəyi ilə Yerətrafı orbitdə əməliyyatların həyata keçirilməsi üçün imkanlar əldə edəcək. O, 2018-ci ildən etibarən Beynəlxalq Orbital Stansiyadan istifadə ilə bağlı məsələlərdə digər ölkələrlə əməkdaşlıqlar haqqında, yeni texnologiyaların Yerətrafı orbitdə istifadə imkanlarını nümayiş etdirilməsi haqqında dövlət-özəl tərəfdaşlıqlar arasında müzakirələrin aparıldığını da diqqətə çatdırıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm