Dünyanın ən axmaq BİNASI - FOTO
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən axmaq BİNASI - FOTO

Quqlda dünyanın ən axmaq binası deyə axtarış etsəniz qarşınıza ilk olaraq bu tikili çıxacaq.

Publika.az xəbər verir ki, axtarış sistemi dünyanın ən axmaq binası kimi Türkiyənin Qahramanmaraş şəhərindəki yarısı istifadə edilməyən sarı-qırmızı rəngli binanı tapır.

Yüksək xərc tələb etdiyinə görə sökülməyən bina şəhərin siluetini pozmaqda davam edir.

19 mərtəbəli bu bina dünyada ən axmaq hesab edilən 290 min tikili arasında ilk yerdə durur. 1994-cü ildə tikilən bina təxminən 2110 kvadrat metr sahəni əhatə edir və şəhərin hər yerindən görünür.

Binanın təxminən 60 faizi istifadəsizdir.2011-ci ildə təxminən 28 milyon lirəyə satışa çıxarılsa da, satılmayıb.

Hazırda bina bələdiyyənin mülkiyyətindədir. Bir neçə il əvvəl binanın söküləcəyi bildirilirdi. Lakin xərclərin çox olması səbəbindən sökülmə planı təxirə salınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm