Maraq dünyası
Uca dağlar başında... – HEYRƏTAMİZ ŞƏHƏRLƏR – FOTOLAR
Siz nə vaxtsa yüksək dağ ətəyində səyahət edərkən dərindən nəfəs aldıqda hiss etmisiniz ki, havanız çatmır? Qəribədir, insanın uyğunlaşmadığı şərait sanki yoxdur - bu hətta dəniz səviyyəsindən 3 km yüksək də ola bilər...
Dünyanın yüksək zirvələrində yerləşən belə şəhərlərdə oksigen nadir nemət olsa da, burada yaşayan insanlar nəinki bu şəraitdə yaşaya bilir, hətta dəniz səviyyəsindən çox-çox yüksəklikdə rifahlarını yüksəldir, zövqlə yaşamaqda davam edirlər. Himalaydan tutmuş And dağlarına qədər insanlar heyrət doğuran yüksəkliklərdə öz həyatlarını yaşayır.
Publika.az dünyanın ən yüksək dağlıq şəhərləri haqda maraqlı faktları təqdim edir
La Rinokonada, Peru - 5100 metr
Bir çoxları dəniz səviyyəsindən cəmi 5000 metr yüksəklikdə yerləşən
Denver, Kolorado kimi yerləri gəzərkən düşünür ki, 5100 metrə qədər
yüksəklikdə olan yerdə yaşamaq qeyri-mümkündür. Lakin fakt
faktlığında qalır ki, Perunun şəhərlərindən biri insanın yaşaya
biləcəyi maksimal hündürlükdə - dəniz səviyyəsindən 6 min metrə
yaxın olan yüksəklikdə yerləşir.
Əhalisi 30 min nəfər olan La Rinokonada şəhəri And dağlarında yerləşir. Burada insanlar oksigenin məhdud olduğu şəraitdə yaşayaraq qızıl çıxarılan şaxtalarda işləyirlər.
El-Alto, Boliviya - 4150 metr
Dünyanın ən yüksək dağ paytaxtı La-Pas hesab edilsə də, Boliviyanın bu kiçik şəhəri ondan da yüksəkdə yerləşir. Şəhərin adı “zirvə” kimi tərcümə olunur. Şəhərcik La-Pas ilə Titikaka gölü arasında dəmiryolu çəkiləndə yaradılıb. Hazırda burada 650 min nəfər yaşayır. Şəhər Boliviyanın ən yüksək dağ şəhəri kimi məşhurdur, bir çoxları onu La-Pas aeroportu kimi tanıyır.
Lasa, Tibet - 3650 metr
Tibetin paytaxtı - Lhasa. Əhalisi təxminən 250 min nəfərdir.
Himalay dağlarının yüksəkliklərində, Tibet platosunun mərkəzində
yeləşir. Ənənəvi olaraq bu, Dalay-Lamanın evi hesab edilir. Şəhər
bura gəlməyə özündə cəsarət tapan ziyarətçiləri məmnunluqla qəbul
edir və onlar gözəl yay mənzərələri fonunda tikilmiş budda
məbədlərinin gözəlliklərini seyr edirlər. Dalay Lamanın 1959-cu ilə
qədər yaşadığı və freskalarının gözəlliyi ilə məşhur olan Palas
Potala da burada yerləşir.
Ledvill, Kolorado - 3094 metr
Arkanzas çayının mənbəyində Qayalı dağlarda yerləşən şaxta
şəhərciyi olan Ledvill ABŞ-da ən yüksək korporativ şəhərdir. O,
dünyanın ən yüksək dağlıq şəhərləri siyahısına daxildir. Bir
vaxtlar gümüş yataqları hesabına çiçəklənən bu şəhər Kolorado
ştatında Denverdən sonra böyüklüyünə görə ikincidir. Artıq gümüş
yataqlarının sərvəti tükənsə də, Ledvilldə hazırda 3 minə qədər
insan yaşayır.
Namçe-Bazar, Nepal - 3500 metr
Əvvəllər bu şəhər ticarət məkanı kimi salınıbmış. Dağlarda yaşayan
çobanlar hazırladıqları pendiri və kərə yağını daha aşağı
hissələrdə yetişdirilən digər kənd təsərrüfatı məhsullarıyla
mübadilə edirdilər. Bu gün Namçe-Bazar həm də Everestin baza
düşərgəsinə istiqamət alan turist qruplarının dayanacağı rolunu
oynayır. Bura səyahətə gələn macəra həvəskarları 3800 metr
yüksəklikdə yerləşən və oksigen otaqları ilə təchiz olunan Everest
View otelində qala bilərlər.
Kusko, Peru - 3310 metr
Bu gözəl şəhər Perunun And dağlarında, Müqəddəs Urubamba Vadisinin
yaxınlığında yerləşir. Bir vaxtlar Kusko İnklər sivilizasiyasının
paytaxtı olmuş, bu gün isə UNESCO onu Dünya İrsi kimi
təsnifləşdirmişdir.
Bu gün Kuskoda 350 min nəfər yaşayır və onlar İnklərin
xarabalıqları və ispan müstəmləkəçilərinin memarlığı ilə fəxr edə
bilərlər.
Villa Mill, Kosta Rika - 3100 metr
İnsanlar Kosta Rikanın adı gələndə çox vaxt mənzərəli çimərliklər,
tropik yağış təsəvvür edirlər. Lakin bu ölkə həm də təəccüb doğuran
zirvələrə malik dağların da evidir. Villa Mill kəndi Panama ilə
sərhədə yaxın Ölüm Dağının yaxınlığında yerləşir.
Bu məkan eko-turizm üçün böyük imkanlara malikdir. Bu zonaya
səyahət edənlər özləri ilə isti geyim götürməlidir.
Kito, Ekvador - 2850 metr
La-Pasdan sonra dünyanın ən yüksək dağ paytaxtı olan Kito şəhəri
dəniz səviyyəsindən 3000 metr hündürlükdə, And dağlarında aktiv
olan Piçinç vulkanının şərq yamacında yerləşir. Kito And və Himalay
dağlarının bəzi şəhərlərindən yüksəkdə yerləşməsə də, əhalisinin
sayına görə seçilir. Kitonun 2 milyon nəfər əhalisi var. Bu şəhər
ekvatorun 25 kilometrliyində yerləşir.
Xuşe, Pakistan - 3050 metr
Pakistanda Xuşe vadisində ən yüksək dağ kəndi olub, Himalay
dağlarının bu hissəsinə səyahət edənlər üçün başlanğıc nöqtə rolunu
oynayır. Xaşe kəndinin qonaqpərvər sakinləri alpinistlərə, qayaya
dırmananlara kömək edir, yaxın zirvələrin yolunu göstərirlər.
Apartaderos, Venesuela - 3505 metr
Dəniz səviyyəsindən 3500 metr hündürlükdə yerləşən Apartaderos
şəhəri Venesuelanın ən yüksək dağ şəhəridir. And dağlarının üç
böyük çayının qovuşduğu yerdə yerləşir. Turizm inkişaf etmişdir.
Apartaderosun mərkəzində çoxlu restoran, otel və hədiyyə mağazaları
vardır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu