12 yaşlı uşaq necə nazir oldu? - İNANILMAZ - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

12 yaşlı uşaq necə nazir oldu? - İNANILMAZ - FOTOLAR

12 yaşlı Xesus Mamani Ramos Peruda 1 günlük nazir olub.

Publika.az xəbər verir ki, bu barədə İnkişaf və Sosial İnteqrasiya nazirliyi rəsmi tvitter səhifəsində məlumat yerləşdirib.

Bu, "Birlikdə Peru" sosial layihəsi əsasında baş tutub. Layihə çərçivəsində kasıb ailənin uşaqlarının milad arzuları qeydə alınıb. Puno şəhərindən olan Xesus Ramos çətin həyat tərzi keçirən uşaqlara yardım etmək arzusunu dilə gətirib. Perunun İnkişaf və Sosial İnteqrasiya naziri Liliana La Rosa da onu paytaxta "işləməyə" dəvət edib.

Andiçmə mərasimində uşağın anası da iştirak edib. Nazir bildirib ki, Xesus bundan sonra nazirliyin iclaslarında tez-tez iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm