İNANILMAZ: 268 qramlıq körpə doğuldu, SAĞ QALDI - FOTO
Bizi izləyin

Maraq dünyası

İNANILMAZ: 268 qramlıq körpə doğuldu, SAĞ QALDI - FOTO

Yaponiyada 268 qramlıq körpə doğulub. Ovuç içi boyda olan "düyməcik" insan hazırda valideynləri ilə birgə evindədir. Özünü kifayət qədər yaxşı hiss edir.

Publika.az xarici mediaya istinadən bildirir ki, doğulan körpənin cinsiyyəti oğlandır. Həkimlər onun sağ qalacağına böyük şübhə ilə yanaşsalar da, körpə bu dünyada qalmağı seçib. Hamiləliyinin 24-cü həftəsində tibbi yoxlanışdan keçən ana körpəsinin boynun inkişaf etmədiyini öyrənir və təcili doğum baş tutur. 5 ay müddətində xüsusi müalicə görən cəsur balacanın çəkisi 268 qramdan 3238 qramadək artıb. Ötən həftə Tokionun Keyo Universitetinin xəstəxanasını valideynləri ilə birgə tərk edən körpənin südlə qidalandığı da vurğulanıb.

Картинки по запросу Japon : né à 268 grammes, un bébé a pu sortir de l’hôpital sain et sauf

Ən maraqısı odur ki, bu hadisə dünyada ilkdir. Bu günədək bu çəkidə doğulan heç bir körpə sağ qalmayıb. Balacanın anası da ilk günlər övladının həyatda qalacağına özünün də inanmadığını bildirib.

Körpənin həyatını qurtaran həkim Takeşi Arimtsu isə qeyd edir ki, çox erkən doğuşlar tibb işçilərindən xüsusi diqqət və peşəkar etika tələb edir. Bəli, ovuc boyda doğulan uşaqların həyatda qalması inanılmazdır, amma gördüyünüz kimi mümkündür. Amma bir şərtlə ki, həyatlarının ilk illərində həkim nəzarətində olsunlar.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm