Maraq dünyası
Dünyanın ən çox qazanan baş icraçı direktorları - DODAQUÇUQLADAN MƏBLƏĞLƏR
ABŞ bazarında dövriyyədə olan şirkətlərin baş icraçı direktorlarının (CEO - Chief Executive Officer) illik maaşları açıqlanıb.
Publika.az xəbər verir ki, “HowMuch.net”in hesabatına görə, baş icraçı direktorların aldığı maaşlar şirkətlərin bazar performansları ilə uyğunlaşmayıb.
ABŞ-ın 2018-ci ildə ən çox qazananı “Discovery Inc.”in baş icraçı direktoru David Zaslavdır – 129,4 milyon dollar. Zaslavın idarə etdiyi şirkətin nəzdində “Discovery Channel”, “Animal Planet”, HGTV və “Food Network” kimi tematik TV kanalları var.
İkinci sırada illik 66,1 milyon dollar ilə kimya nəhəngi “Linde”nin baş icraçı direktoru Stefen Angel dayanıb. Onu 65,6 milyon dollarla “Disney”in baş icraçı direktoru Robert İqer izləyir. “Jefferies”in baş icraçı direktoru Riçard Handler 44,7 milyon dollarla dördüncü ən çox qazanan idarəçi mövqeyindədir. İlk beşliyi “Hologic”in baş icraçı direktoru Stefen Makmillen 42 milyon dollar maaşla tamamlayır.
AFL-CIO-nun dəyərləndirməsinə görə, baş icraçı direktorların qazancları işçilərin maaşından 287 dəfə çoxdur. Bu fərq 1978-ci ildə 30 olub.
Zümrüd
-
Maraq dünyası12:09120 yaşı var, evdə gəzən zaman yıxılıb qolunu sındırdı - FOTOLAR
-
Avropa11:50Türkiyə gəmisi vuruldu - Bir nəfər itkin düşüb
-
Yaxın Şərq11:33İran Bağdadın "Hörmüz xahişi"ni yerinə yetirdi
-
İdman10:50Messi şilləyə görə cəzalandırıldı
-
İdman07:35Futbolçuların yeni rolu: Ulduzların sərmayə qoyduğu 6 klub
-
Sosial07:15Ən yüksək sosial yardımı onlar alır - Siyahı
-
Magazin205:45Məşhur aktyor yeni serialı üçün 12 kiloqram arıqladı - Foto
-
Dünya03:43Böyük, tarixi və unudulmaz bir dərs veriləcək - İranlı komandan ABŞ-ı hədələdi




































