11 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi
Bizi izləyin

Maraq dünyası

11 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi

İranlı Ərdalan Şəkərabi İsveçin yeni Sosial Təhlükəsizlik naziri təyin edilib.

Publika.az xəbər verir ki, Şəkərabi 1989-cu ildə 11 yaşında ikən anası ilə birlikdə İsveçə qaçqın kimi gedib. Dövlətdən sığınacaq istəsə də, rədd cavabı alıb və 2 il gizlənmək məcburiyyətində qalıb.

Partiya karyerasına 1993-cü ildə 15 yaşındaykən başlayan Ərdalan sürətlə yüksəlib, 2003-cü ildə Konqresdə ilk qaçqın əsilli və ilk müsəlman olaraq SSU-nun prezidenti seçilib.

2014-cü ildə isə 35 yaşında ikən qaçqın kimi gəldiyi ölkənin Humanitar İşlər naziri seçilərək hər kəsi təəccübləndirmişdi. 5 ildir ardıcıl nazir postunda əyləşən Şəkərabi Demokratlar Partiyasının rəhbəri Lövfendən sonra partiya sədri və İsveçin ilk qaçqın və müsəlman baş naziri seçiləcəyi iddia edilir.

Şəkərabi isveçli polis Tereza Skoqland ilə evlidir və 3 uşaq atasıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm