Maraq dünyası
“Qalatasaray”ın əfsanəvi futbolçusu ABŞ-da taksi sürür, kitab satır - VİDEO
Türkiyə Milli Komandası və “Qalatasaray”ın əfsanəvi hücumçusu Hakan Şükür haqqında yeni məlumatlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, futbolçu ABŞ-da taksi sürür və kitab satışı ilə məşğul olur.
Şükür hazırkı fəaliyyəti haqqında danışarkən bildirib ki, “Uber” taksi şirkətində çalışır: “Əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı, kitab da satıram”.
Qeyd edək ki, Hakan Şükür Fətullahçı Terror Təşkilatına maliyyə dəstəyi olmaqda ittiham edilir. Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu futbolçu barəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7,5 ildən 15 ilədək həbs tələb edir.
H. Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı