• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Yarasanı desert bilən, süfrə etiketlərini pozan çinlilər haqda BİLMƏDİKLƏRİNİZ

Yarasanı desert bilən, süfrə etiketlərini pozan çinlilər haqda BİLMƏDİKLƏRİNİZ

Son günlər səfər etmək istəmədiyimiz birinci ölkə Çindir. Amma gəlin, mədəniyyəti, tarixi ilə digər ölkələrə meydan oxuyan bu ölkə haqda maraqlı məqamları da xatırlayaq.

Publika.az Çin haqda ən maraqlı faktları təqdim edir.

*Məsələn bu məmləkət Çin səddinin vətənidir.

*Dünyanın başını döndərən futbol da Çində yaranıb.

*Eləcə də dünyanın ən çox əhalisi olan ölkəsidir Çin. 1,4 milyardlıq xalq sizə az gəlməsin.

*Kifayət qədər geniş əraziyə malik olsa da, bütün bölgələrində tək saat qurşağıdır.

*Çində 65 yaşdan yuxarı insanlara xüsusi qayğı və hörmət bəsləyirlər. Çində övladların mənəvidən çox qanuni borcu valideynlərinə baş çəkmək, onların ehtiyaclarını ödəməkdir. Bu ölkədə dünya təcrübəsində geniş yayılan qocalar evi adlı məkanların fəaliyyəti qadağandır.

*Dünyanın ən nəhəng iqtisadiyyatı da şübhəsiz Çinin payına düşür.

*Yanvarın 21-dən fevralın 20-dək olan tarixi əhatə edən Çinin Yeni ili də bizim qeyd etdiyimiz bayramdan fərqlənir.

*Dünyanın ən böyük ordusu da Çinin payına düşür.

*Dünyanın ən uzun dəmir yolu Çindədir.

*Hətta vətəni İtaliya hesab etdiyimiz dondurma da Çində kəşf olunub.

*35 milyondan çox Çin əhalisi bu gün də mağaralarda yaşayır.

*Çinin bütün hökmdarları özlərini əjdahanın qohumu hesab edirdilər.

*Yarasanı desert bilən bu xalq ən bahalı restoranlarda da yemək vaxtı tüpürə, marçıltı ilə çeynəyə və digər süfrə etiketinə zidd hərəkətlər edə bilər. Və bu tam normal sayılır.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR