Maraq dünyası
Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi proqnozlaşdırdı
Milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus pandemiyasından sonra dünyanın nə zaman əvvəlki vəziyyətə qayıda biləcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində danışıb. “Microsoft” qurucusunun sözlərinə görə, virusun bütün nəticələrini tam aradan qaldırmaq üçün toplumlara bir ildən iki ilə qədər vaxt lazımdır. Beləliklə, pandemiyanın ilk mərhələsindən çıxmaq üçün infeksiyanın irəliləməsinin eksponensial mərhələsinə qayıtma riskini aradan qaldıran fəaliyyət sistemi qurmaq lazımdır. Milyarder bildirib ki, insanlar yoluxma ehtimalından özlərini qorumaq üçün bir müddət davranışlarına diqqət edəcək və bu davranış qaydaları kəskin şəkildə dəyişəcək.
“Müalicənin və ya peyvəndlərin ölümün qarşısını ala biləcəyi sübut edilməyincə, hətta hakimiyyətin qərarları da onları stadionlara qaytarmayacaq”, - deyə o əlavə edib.
Biznesmen hesab edir ki, normal həyata qayıtmaq üçün əsas addım peyvəndin hazırlanması olacaq. Bill Melinda Qeyts vəqfinin bu prosesdə iştirak etdiyini xatırladıb, eyni zamanda ABŞ Prezidenti Donald Trampın təşkilatın maliyyələşdirilməsini dayandırmaq qərarını tənqid edib. O, Amerikanın COVID-19 diaqnozu və müalicəsi üçün texnologiyaların inkişafını sürətləndirməyə yönəlmiş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi qlobal təşəbbüsə qoşulacağına ümid etdiyini də bildirib.
Xatırladaq ki, aprel ayının əvvəlində Qeyts vətəndaşların may ayının sonu və ya iyun ayında normal həyata qayıda biləcəyini, ancaq pandemiyanın nəticələrinin uzun müddət davam edəcəyini açıqlamışdı.
“Microsoft” un qurucusu həyat yoldaşı Melinda ilə birlikdə COVID-19-la mübarizə aparmaq üçün 100 milyon dollar ianə edib.
Aytən Məftun
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."