Maraq dünyası
Koronavirus cütlüklərin münasibətlərinə necə təsir edəcək? - Məşhur şounun psixoloqu danışdı
“Koronavirus pandemiyası insanları bir-birini daha çox qiymətləndirməyə məcbur etdi”.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Sevgi adası” və “Böyük qardaş” realiti şoularında çalışan psixoloq Haney Lankaster-Ceyms deyib. Ekspert qeyd edib ki, eyni otaqda kilidlənmiş insanlar və ümumiyyətlə ortaq düşməni olanlar münasibətlərin dəyərini yenidən nəzərdən keçirməyə başlayıb.
“Koronavirusa qarşı tədbirlər müxtəlif ölkələrdə eynidir – insanlara evdən çıxmaq qadağan edilib. Özünütəcrid həm ətrafımızdakılarla, həm də ailə üzvləriylə münasibətləri dəyişə bilər.
Evlərdə kilidlənmiş insanların ünsiyyətə ehtiyacı var, qonşularla yenidən danışmağa, hətta onların həyatları ilə maraqlanmağa hazırıq. İş ondadır ki, bu vəziyyətdə COVID-19 ümumi düşmən kimi qəbul edilir, odur ki, bunun üçün xalq birləşməyə hazırdır.
Dəyişikliklər ailə daxilində də baş verə bilər, təcrid “soyumuş münasibətləri alovlandıra” bilər, cütlüklər artıq bir-birlərinə daha çox qayğı göstərməyə başlayıb. Koronavirus təhlükəsi bizi bir-birimizə daha da yaxınlaşdırır, çünki bu bizə yalnız yaxınlara ehtiyacımız olmadığını, digər insanların birliyindən də ləzzət aldığımızı xatırlatdı” , - deyə o sözlərinə əlavə edib.
Aytən Məftun
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi