Maraq dünyası
7 illik həsrət bitir: Bu içkilər kağız butulkalarda buraxılacaq
“Coca-Cola” şirkəti plastik qabların istifadəsindən tam imtina etmək məqsədilə uzunmüddətli strategiyanın bir hissəsi olaraq kağız butulkaları sınamaq niyyətindədir.
İlk nümunələr, plastik qapaqlar və kağızı maye ilə təmasdan qoruyan daxili membranlar istisna olmaqla, tamamilə kağız liflərdən hazırlanıb.
Publika.az BBC-yə istinadla xəbər verir ki, bununla belə, təcrübənin əsas məqsədi butulkaların 100 faiz təkrar emal edilən, plastiksiz və qazlı içkilərin təzyiqinə davam gətirməsidir.
“Coca-Cola” 2030-cu ilədək tullantısız istehsala keçməyi planlaşdırır. Bu asan bir iş olmasa da, qida sənayesinin bir neçə nəhəngi bu planı dəstəkləyib.
“Break Free From Plastic” (Plastikdən qurtulaq) təşkilatının ötənilki məlumatlarına görə, “Coca-Cola” dünyanın ən yaxşı plastik tullantı generatoru olub. Onu bu sırada dünyanın iki ən iri içki istehsalçısı olan “Pepsi” və “Nestle” şirkətləri yaxından təqib edir.
Kağız taranın hazırlanması ilə Danimarka firması “Paper Bottle Company” (“Kağız butulkalar şirkəti”) və “Paboco” firması məşğul olur.
Danimarkalılar, qazlı içkilərin tərkibindəki təzyiq altında qazların təzyiqinə davam edəcək kağız butulka hazırlamalı idilər.
Bundan əlavə, butulkalara forma vermək, firma etiketləri vurmaq üçün onlar həmin materialı plastikdən hazırlamalıdır.
7 illik gərgin işdən sonra şirkət, bu ilin yayında “Coca-Cola”nın imzası olan Adez adlı meyvə içkisi üçün yeni bir butulka sınağına başlamağa hazırdır. Sınaqlar Macarıstanda, yerli pərakəndə satış şəbəkələri vasitəsilə 2000 butulkanın satılması planlaşdırıldığı yerdə keçiriləcək.
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi




















.jpg)








.jpg)
.jpg)





